NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AĞIR NEFT EMULSİYALARININ REALOJİ MODELLƏRİNİN İŞLƏNİB HAZIRLANMASINDA MÜASİR YANAŞMALAR

Xülasə

Ağır neft emulsiyaları yüksək özlülüyə, mürəkkəb quruluşa malikdir ki, bu da geniş texnoloji proseslərdə, əsasən də neftin nəqliyyat və emalında ciddi problemlər yaradır. Bu səbəbdən də neft sənayesində qarşıya çıxan çətinlikləri həll etmək üçün, onların reoloji modelinin qurulması əhəmiyyətli məsələ hesab edilir. Bu proses əsasən emulsiyaların istismarını optimallaşdırmaq üçün nəzərdə tutulur. Məlum olduğu kimi ağır neft emulsiyaları qeyri-nyuton mayelər kimi qeyri-xətti reoloji xüsusiyyətə malikdir. Onların axıcılıq, özlülük kimi xüsusiyyətləri temperatur, təzyiq və emulqatorların təsirindən asılıdır. Bu xüsusiyyətlərin öyrənilməsi optimal reoloji modelin yaradılmasına imkan verir. Dəqiq reoloji modellər vasitəsilə avadanlıqların işini optimallaşdırmaq, aşınmanı azaltmaq və ətraf mühitə təsiri minimuma endirmək mümkündür. Ağır neft emulsiyalarının reoloji modelinin qurulması, iqtisadi və ekoloji səmərəliliyi artırmaqla yanaşı, elmi biliklərin dərinləşməsinə də xidmət edir. Murdaxanlı və Suraxanı neft yataqlarında emal olunan neft də ağır neft emulsiyalarına şamil olunduğu üçün həm neft sənayesində istehsal və nəqlin optimallaşdırılması, həm də elmi araşdırmaların genişləndirilməsi üçün aktualdır. Məqalədə mövcud modellərin parametrlərinin təyin olunma üsulları və tətbiq sahələri izah olunur. Bu modellərin ağır neftin nəqli və emalında istifadə olunmasının üstünlükləri vurğulanır, eyni zamanda çatışmayan cəhətləri də göstərilir. Həmçinin mövcud modellərin tətbiq sahələri və məhdudiyyətləri müqayisə edərək yeni modellərin hazırlanmasının üstünlükləri vurğulanır.

Abstract (EN)

Heavy oil emulsions have high viscosity and complex structure, which creates serious problems in a wide range of technological processes, especially in the transportation and oil processing. Therefore, in order to solve the difficulties arising in the oil industry, to build their rheological model is considered an important issue. This process is mainly intended to optimize the operation of emulsions. As is known, heavy oil emulsions have nonlinear rheological properties as non-Newtonian fluids. Their properties such as fluidity and viscosity depend on the effect of temperature, pressure and emulsifiers. Studying these properties allows creating an optimal rheological model. Through accurate rheological models, it is possible to optimize the operation of equipment, reduce erosion and minimize the impact on the environment. Building a rheological model of heavy oil emulsions not only increases economic and environmental efficiency, but also serves to deepen scientific knowledge. As the oil processed in the Murdakhanli and Surakhani oil fields also applies to heavy oil emulsions, it is actual both for optimizing production and transportation in the oil industry and expanding scientific research. The article explains the methods for determining the parameters of existing models and their application spheres. The advantages of using these models in heavy oil transportation and processing are emphasized, while their shortcomings are also shown. It also emphasizes the advantages of developing new models through comparing the application areas and limitations of existing models.

Резюме (RU)

Тяжелые нефтяные эмульсии обладают высокой вязкостью и сложной структурой, что создает серьезные проблемы в широком спектре технологических процессов, особенно при транспортировке и переработке нефти. Поэтому для решения возникающих в нефтяной промышленности трудностей построение их реологической модели считается важной задачей. Этот процесс, в основном, направлен на оптимизации работы эмульсий. Как известно, тяжелые нефтяные эмульсии обладают нелинейными реологическими свойствами, являясь неньютоновскими жидкостями. Их свойства, такие как текучесть и вязкость, зависят от влияния температуры, давления и эмульгаторов. Изучение этих свойств позволяет создать оптимальную реологическую модель. Благодаря точным реологическим моделям можно оптимизировать работу оборудования, снизить эрозию и минимизировать воздействие на окружающую среду. Построение реологической модели тяжелых нефтяных эмульсий не только повышает экономическую и экологическую эффективность, но и служит углублению научных знаний. Поскольку нефть, перерабатываемая на месторождениях Мурдаханлы и Сураханы, также относится к тяжелым нефтяным эмульсиям, это актуально как для оптимизации добычи и транспортировки в нефтяной промышленности, так и для расширения научных исследований. В статье изложены методы определения параметров существующих моделей и области их применения. Подчёркиваются преимущества использования этих моделей при транспортировке и переработке тяжёлой нефти, а также их недостатки. Также рассматриваются преимущества разработки новых моделей путём сравнения областей применения и ограничений существующих моделей.