NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

SAHİBKARLIQ FƏALİYYƏTİNİN İDARƏEDİLMƏSİ, RƏQABƏT VƏ İNNOVASİYA AMİLLƏRİ: ELMİ-PRAKTİK YANAŞMA

Xülasə

Sahibkarlıq müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri kimi dayanıqlı inkişafın təmin edilməsində, rəqabətqabiliyyətli bazar mühitinin formalaşmasında və milli gəlirin artımında mühüm rol oynayır. Məqalənin məqsədi sahibkarlıq fəaliyyətinin iqtisadi və hüquqi mahiyyətini, təşkilati formalarını, rəqabət və risk amillərini, innovasiya sahibkarlığını, qiymət siyasətini, marketinq funksiyalarını və menecment sistemini elmi-nəzəri və praktiki aspektlərdə təhlil etməkdir. Araşdırmada analitik-sintez, müqayisəli təhlil və sistem yanaşması metodlarından istifadə olunmuşdur. Əldə edilən nəticələr göstərir ki, innovasiya yönümlü sahibkarlığın inkişafı, rəqabət qabiliyyətinin gücləndirilməsi, KOS-ların maliyyələşmə imkanlarının genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi Azərbaycan iqtisadiyyatında sahibkarlığın davamlı inkişafı üçün həlledici şərtlərdir. Yekun olaraq, dövlət dəstəyinin gücləndirilməsi, alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması sahibkarlığın investisiya cəlbediciliyini yüksəltmək üçün əsas tövsiyələr kimi müəyyənləşdirilmişdir.

Abstract (EN)

Entrepreneurship plays a crucial role in ensuring sustainable development, fostering a competitive market environment, and increasing national income. The aim of this article is to analyze the economic and legal essence of entrepreneurship, its organizational forms, competitive and risk factors, innovation-based activities, pricing policies, marketing functions, and management systems in both theoretical and practical contexts. The study employs analytical-synthesis, comparative analysis, and systemic approaches. Findings reveal that innovation-oriented entrepreneurship, strengthening competitiveness, expanding SME financing opportunities, and accelerating digital transformation are decisive for sustainable entrepreneurial development in Azerbaijan. In conclusion, reinforcing state support, applying alternative financing mechanisms, and improving access to international markets are key recommendations for enhancing the investment attractiveness of entrepreneurship.

Резюме (RU)

Предпринимательство играет важную роль в обеспечении устойчивого развития, формировании конкурентной рыночной среды и росте национального дохода. Цель статьи — проанализировать экономическую и правовую сущность предпринимательства, его организационные формы, факторы конкуренции и риска, инновационное предпринима-тельство, ценовую политику, функции маркетинга и систему менеджмента в теоретико-практическом аспекте. В исследовании применены методы аналитико-синтетического, сравнительного и системного анализа. Полученные результаты показывают, что развитие инновационного предпринимательства, укрепление конкурентоспособности, расширение возможностей финансирования МСП и ускорение цифровой трансформации являются ключевыми условиями устойчивого развития предпринимательства в Азербайджане. В заключение предлагается усиление государственной поддержки, внедрение альтерна-тивных механизмов финансирования и расширение доступа к международным рынкам как основные рекомендации по повышению инвестиционной привлекательности предприни-мательства