NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MİLLİ GEYİMLƏRİN KONSTRUKSİYA EDİLMƏSİ TEXNOLOGİYASI

Xülasə

Geyim insanın bədənini ətraf mühitdəki isti, soyuq, toz və s. kimi təsirlərdən qorumaq üçün yaradılmışdır. Geyimlər, əsasən, təbii və süni materiallardan hazırlanır. Geyimlər insan bədəninin mühafizə vasitəsi olmaqla yanaşı, həm də bəzək vasitəsi hesab edilir. Ona görə də cəmiyyətin hər bir tarixi inkişaf mərhələsindən keçdikcə, insanların dünyagörüşü dəyişdikcə hər bir mərhələdə geyimlərin formaları da dəyişir. Məqalədə milli geyimlərin konstruksiya edilməsi, onların hazırlanması, bu geyimlərin üzərinə bəzək məqsədilə tikilən naxışların texnologiyasından bəhs edilmişdir. Burada məqsəd milli geyimlərin növlərini, bəzək əşyalarının zənginliyini, baş geyimlərinin növlərini araşdırıb gələcək nəsillərə çatdırmaqdır. Eləcə də məqalədə Naxçıvan milli geyimlərinin inkişaf etdiyi, qorunub saxlanıldığı və bir mədəniyyət nümunəsi olaraq təbliğ edildiyi haqqında söhbət açılmışdır. Bu qədim yurd yerində müasir dövrün geyimləri ilə yanaşı, tarixi geyim tərzlərinin birgə ritmini də izləmək mümkündür. Naxçıvanın milli geyimlərinin qədimdən biçilib-tikilməsi, geyimlərinin üslub xüsusiyyətləri ilə digərlərindən fərqlənib.

İstinadlar -

  1. Vəliyev, F. Geyimlər və bəzəklər, Azərbaycan Milli Ensiklopediyası. Bakı: 2007
  2. Abdulova, G. “Azərbaycan qadın geyim bəzəkləri”. Azərbaycan xalçaları. Bakı: 2017. cild 7, № 22. Bünyadova, Ş. “Azərbaycan atalar sözlərində geyim və bəzəklərin əksi”. Azərbaycan xalçaları. Bakı: 2016. cild 6, № 19