NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TARİXİ KÖKLƏRİ VƏ SƏBƏBLƏRİ

Xülasə

Qarabağ problemi yalnız iki dövlət arasında olan regional problem deyil. Dünyanın güc mərkəzlərinin də marağını cəlb edən qlobal məsələ statusu daşıyır. Cənubi Qafqaz bölgəsi daim böyük güclərin diqqətini cəlb etmişdir. Lakin ortaya maraqlı suallar çıxır. Cənubi Qafqazın təhlükəsizlik prezumpsiyasını pozan, daimi bölgəni gərgin vəziyyətdə saxlayan erməni xalqının tarixi və kökü haradan gəlir. Ermənilər çox xəyalpərəst bir xalq olduqları üçün dünyanın ilk xristian xalqının ermənilər olduğunu, Erevan şəhərinin qədim erməni şəhəri olmasını, hətta Nuh peyğəmbərin tufandan sonra gördüyü ilk quru hissənin Erevan şəhəri olduğunu irəli sürürlər. Özlərini isə Nuh peyğəmbərin nəslindən sayır və hay adlandırırlar. Bütün bu iddiaları tarixçilər, eləcə də erməni tarixçisi olan Agop Melik Agopyan(Raffi) öz əsərində təkzip edir. Tarix boyu ermənilər Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları irəli sürmüşdür. Bu iddiaların əsasında isə ruslar və onların özlərinə etnik dayaq yaratmaq məqsədi ilə buraya erməniləri köçürməsi durur. Məqalədə qeyd olunan məsələlər real tarixi prizmadan araşdırılmış, müasir dövrümüzlə əlaqələndirilərək gerçək tarixi-siyasi qənaətə gəlinmişdir. Həm qlobal, həm də regional dövlətlərin maraqları geosiyasi baxımdan təhlil edilmişdir.

İstinadlar -

  1. Aslanlı, A. Yeni küresel mücadelede Kafkasya və Qarabağ sorunu / Aslanlı, A. Ankara: 2013. “Eko Avrasiya” yayınları, 43 s.
  2. Babaoğlu, H. Azərbaycan beynəlxalq münasibətlərin aktoru kimi / Babaoğlu, H. Bakı: 2007. “Elm” nəşriyyatı, 515 s.
  3. Həsənov, Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti / Həsənov, Ə. Bakı: 2005. “Azərbaycan” nəşriyyatı, 631 s.
  4. Prezident Kitabxanası: Dağlıq Qarabağ münaqişəsi (Tammətnli elektron materiallar məcmuəsi). Bakı: 2005. 127 s.
  5. Şıxəliyev, E. Erməni iddialarının siyasi mahiyyəti / Şıxəliyev, E. Bakı: 2006. “Nurlan” nəşriyyatı, 187 s.
  6. Şıxəliyev, E. Rusiya, İran, Türkiyə rekabetleri və Erməni faktoru / Şıxəliyev, E. Ankara: 2004. Naturel yayınları, 378 s.