AZƏRBAYCANDA BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏNİN EKOLOJİ ƏHƏMİYYƏTİ
Xülasə
Məqalədə ətraf mühitin çirklənməsinin qarşısının alınması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində bərpa olunan enerji mənbələrinin strateji əhəmiyyəti təhlil edilir. Atmosferə atılan karbon emissiyalarının davamlı artımı son 30 il ərzində temperaturun orta hesabla 1°C yüksəlməsinə səbəb olduğu və gələcək proqnozlara görə 1.5°C limitin aşılmasına gətirib çıxara biləcəyi elmi ədəbiyyat və hesabatlarla təsdiq olunmuşdur. Məqalədə, Beynəlxalq Enerji Agentliyi və IPCC-nin hesabatlarına istinad edilərək, istixana qazlarının azaldılması məqsədilə bərpa olunan enerji nisbətinin artırılmasının elmi əsasları və tətbiq olunma mexanizmləri geniş .kil araşdırılmışdır. Xüsusilə, Azərbaycanın enerji balansında yanacaq əsaslı istehsalın dominatlığının və bərpa olunan enerji mənbələrinin payının aşağı səviyyədə qalmasının səbəbləri – hidroenerji potensialın azalması, infrastrukturun modernləşdirilməsinin gecikməsi və investisiya mühitinin qeyri-kafi olması – analitik yanaşma ilə təhlil edilmişdir. Nəticədə atmosferə atılan tullantıların qlobal emissiyanın 0,12%-ni təşkil etməsi müəyyən edilmişdir. Eyni zamanda, dövlətin təşviqedici siyasəti, vergi güzəştləri, yaşıl subsidiyalar və innovativ texnoloji həllərin tətbiqi yolu ilə yaşıl enerjiyə keçidin sürətləndirilməsi perspektivləri təhlil edilmiş və gələcək fəaliyyət istiqamətləri haqqında tövsiyələr verilmişdir.
