NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

İQLİM DƏYİŞKƏNLİYİNİN QIZILAĞAC MİLLİ PARKINDA MÜHAFİZƏ OLUNAN QAZKİMİLƏR DƏSTƏSİNİN NADİR NÜMAYƏNDƏLƏRİNƏ TƏSİRLƏRİ

Xülasə

Məqalədə Qızılağac Milli Parkında yayılmış nadir qazkimilər (Anseriformes) dəstəsinin nümayəndələrinə iqlim dəyişkənliyinin təsirləri və bu təsirlərin Milli Parkın bioloji müxtəlifliyinin azalmasında rolu araşdırılmış və təhlil edilmişdir. Qızılağac Milli Parkı respublikamızda qazkimilər dəstəsinin əsas yaşayış yeridir və mühüm miqrasiya maşrutunun üzərində yerləşdiyi üçün əhəmiyyətlidir. Burada dəstənin respublikamızda yayılmış bütün növlərinə rast gəlinir ki, onlardan 10 növ Azərbaycan Respublikasının Qırmızı Kitabının III nəşrinə daxil edilmişdir. Ədəbiyyat məlumatlarının və tərəfimizdən tədqiqat obyektində aparılan çöl monitorinq işlərinin nəticəsində bu növlərin ərazidə müxtəlif illərdə sayı öyrənilmiş və nəticədə azalmaların olduğu müşahidə edilmişdir. İqlim dəyişkənliyinin ayrı ayrı növlərə və ümumilikdə dəstənin nümayəndələrinə təsirləri qeyd olunmuşdur. Məqalədə həmçinin iqlim dəyişkənliyinin və digər amillərin (biogen, abiogen və antropogen) sinergizim əlaqələri də təhlil edilmiş və dəstənin nümayəndələrinə təsirlər araşdırılmışdır.

İstinadlar -

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. III nəşr, Bakı, 2025, 269 s.
  2. İbrahimov T.O., Azərbaycan Qoruqlarının landşaftı. I hissə, Bakı: Mars-Print, 2010, 336 s.
  3. Məmmədov Q., Xəlilov M., Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı: Elm, 2005, 435 s.
  4. Michael Patrikeev, The birds of Azerbaijan. Moscow: Pensoft, 2004, 380 s.
  5. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması. Bakı: Elm, 2012, 255 s.
  6. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı: Çaşıoğlu, 2005, 420
  7. Sadıqova N.A., Lənkəran düzənliyində nəsilverən quşların kompleks təhlili // Bakı Universitetinin Xəbərləri, təbiət elmləri seriyası, 2007, №4, səh. 79-84
  8. Evgeny Viktorovich Vilkov, Population trends of Anseriformes and charadriiformes on the west coast of the middle Caspian Sea // Journal of Wildlife and Biodiversity.volume 6, 2022. p. 33-56