MƏRKƏZİ ARAN İQTİSADİ RAYONUNDA KƏND MƏSKUNLAŞMASININ MÜASİR İNKİŞAF MEYİLLƏRİ
Xülasə
Kənd məskunlaşması ölkənin bütün regionlarını əhatə edir, əhalinin də yarıya qədəri bu məntəqələrdə yaşayır. Kəndlərin yerləşməsində su ehtiyatlarının olduğu ərazilərə yaxınlıq mühüm rol oynayır. Ona görə ki, düzənlik və dağətəyi ərazilərdə əkinçilik yalnız suvarma şəraitində mümkün olur. Kür-Araz ovalığının mərkəzi və qərb hissələrini tutan Mərkəzi Aran iqtisadi rayonunda da kənd məskunlaşmasının əhəmiyyəti böyükdür. İqtisadi rayona daxil olan inzibati rayonlarda əhalinin əsas hissəsi kəndlərdə məskunlaşır. Kənd yaşayış məntəqələrinin sayının çox olması ilə əlaqədar iqtisadi rayon ölkənin ən mühüm kənd təsərrüfatı məhsulları istehsal edilən regionlarından biridir. Son vaxtlarda kənd əhalisi arasında təbii artımın aşağı düşməsi onun sayının artımının da azalmasına gətirib çıxarmışdır. Kəndlərdə məskunlaşan əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi, onların iş yerləri ilə təminatı, həyat səviyyəsinin yüksəldilməsi vacib vəzifələr kimi qarşıda durur. Məqalədə iqtisadi rayonda kənd məskunlaşmasının müasir vəziyyəti, onun nizamlanması yolları, kəndlərin inkişaf problemləri tədqiq olunur.
