MOSKVA VƏ QARS MÜQAVİLƏLƏRİNİN NAXÇIVAN MUXTARİYYƏTİNDƏ ROLU VƏ YERİ
Xülasə
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakının siyasi təsirindən kənarda qalan yeganə ərazi Naxçıvan bölgəsi idi. Ermənistanın silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik davam edirdi. Cənubi Qafqaz MİK-in 1924-cü il yanvarın 8-də keçirilən birinci plenumunun Naxçıvan Muxtar Diyarının muxtar respublikaya çevrilməsi haqqındakı qərarı, Azərbaycan MK Rəyasət heyətinin 1924-cü il 4 fevral tarixli qərarı ilə Naxçıvan Respublikası haqqında Əsasnamə hazırlanması, bu Əsasnamənin 2-ci maddəsinə görə Naxçıvan MSSR Azərbaycan SSR tərkibinə muxtar respublika kimi daxil olması, 1929-1930-cu illərdə Ermənistanın hakim dairələri Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını öz ərazilərinə birləşdirilməsinə nail olmaları, Naxçıvan diyarının çox mürəkkəb və ziddiyyətli şəraitində 1921-ci il oktyabrın 13-də Qarsda RSFSR-nın iştirakı ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında bağlanmış müqavilə ilə təsbit edilməsi arxiv materialları əsasında araşdırılmışdır.
