NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

QARADƏRƏÇAY DƏRƏSİNİN EKOCOĞRAFİ ŞƏRAİTİ

Xülasə

Məqalədə Naxçıvanın hidrologiyasının öyrənilməsində ən vacib sahələrdən biri olan Qaradərəçay hövzəsinə toxunulmuşdur. Qaradərəçay Respublikada ən az öyrənilən hidroloji obyektlərdən biridir. Məqalədə N.S. Bababəylinin 2011- ci ildə apardığı tədqiqatlar daha da genişləndirərək müəlliflər tərəfindən işlənmişdir. Müəlliflər çay hövzəsinin hidroloji parametrlərini, su ehtiyatlarının miqdar və keyfiyyət göstəricilərini, o cümlədən təbii və antropogen təsirlərin ekosistemə olan mənfi təsirlərini müəyyən etmişlər. Məqalədə Qaradərəçay hövzəsində əhalinin köç etməsinin əsas səbəblərinə toxunulmuş, bu prosesin əsasən su çatışmazlığı, torpaq eroziyası, sel təhlükəsi və ümumi ekoloji gərginliklə bağlı olduğu vurğulanmışdır. Əhalinin regiondan köçünün qarşısını almaq üçün suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaqların meliorasiyası, ekoloji mühitin sabitləşdirilməsi və iqtisadi inkişafı təşviq edən tədbirlər planı təqdim olunmuşdur. Məqalədə Qaradərəçay hövzəsinin ekoloji vəziyyətini qiymətləndirmək və bu dəyişikliyi yaradan səbəbləri müəyyən etməklə onları aradan qaldırılması səbəblərini göstərməkdən ibarətdir. Hövzədə olan sel ocaqlarının müəyyənləşdirilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi, ekoloji vəziyyətin gərginləşməsinə səbəb olan antropogen amillərə müvafiq orqanların diqqətini çəkməkdir.

İstinadlar -

  1. Азизбеков Ш.А. Геология Нахичеванской АССР. Москва, 1961. 502 с.
  2. Аббасов М.А. Геоморфология Нахичеванской АССР. Баку, 1970. 149 с.
  3. Алиев Г.А., Зейналов А. К. Почвы Нахичеванской АССР. Баку, 1988. 236 с.
  4. Рустамов С.Г. Водные ресурсы Нахичеванской АССР. Труды Института Географии АН Азерб. ССР. Том П. Баку, 1953
  5. Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, 1999. 226 S.
  6. Məmmədov M. Azərbaycanın hidrologiyası. Bakı, 2002. 265 s.
  7. Qaradərə çay hövzəsinin ekoloji şəraiti. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XVII cild, Bakı, 2013. Səh 73-78.
  8. Quliyev Ə.G. Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekomeliorativ qiymətləndirilməsi. Naxçıvan-2014. Səh. 168
  9. Həsənov M., Zamanov X., Cəfərov B., Vəliyev H. Azərbaycanın çayları, gölləri və su anbarları. Bakı, 1973. 135 s.
  10. Quliyev Ə.G. Naxçıvan MR kəhriz sularının ekoloji vəziyyəti. Ekologiya və su təsərrüfatı, № 5, 2007. Səh. 34-40