AZƏRBAYCAN VƏ ÇİN ARASINDA TİCARƏT ƏLAQƏLƏRİ VƏ ONUN İNKIŞAF PERSPEKTİVLƏRİ
Xülasə
Tədqiqatın məqsədi – Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ticarət əlaqələrınin tarixini, onun mövcud vəziyyətini araşdırmaq, bu sahədə hər iki ölkə tərəfindən dəstəklənən “Bir kəmər, bir yol” layihəsinin ölkəmiz üçün faydalılığını və ticarət əlaqələrinin inkişaf perspektivlərini təhlil etməkdir. Tədqiqatın metedologiyası – tədqiqat zamanı elmi abstraksiya, sistemli analiz, sistemli yanaşma, müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, cədvəl kimi tədqiqat metodlarından istifadə edilmişdir. Tədqiqatın tədbiqi əhəmiyyəti – “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycanın ticarət-iqtisadi maraqları aspektindən araşdıran elmi-tədqiqat işlərinin məhdud sayda olması tədqiqatın tədbiqi əhəmiyyətini müəyyən edir. Azərbaycanın Çin ilə əlaqələrinin genişləndirilməsi ölkəmizin yeni tarixi yüksəlişi mərhələsində müasir inkişafın təmin edilməsinə təkan verə və ticarət dövriyyəsinin həcminin artırılmasını təmin edə bilər. Tədqiqatın nəticələri – Azərbaycan–Çin ticarət əlaqələri, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan prizmasından strateji cəhətdən təhlil edilmişdir. Tədqiqatda əldə edilən nəticələr Azərbaycanın Çin ilə əlaqələrinin tədqiqi ilə məşğul olan şəxslərin və geniş ictimaiyyətin məlumatlılığını artırmağa, bu əlaqələrin əhəmiyyətini təbliğ etməyə və nəticədə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılmasında stimul yarada bilər. Tədqiqatın elmi yeniliyi – İlk dəfə olaraq müxtəlif təhlil metodlarından və ən son statistik məlimatlardan istifadə etməklə Azərbaycan–Çin ticarət əlaqələri, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin iştirakının inkişaf perspektivləri araşdırılmışdır.
