NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

SÜNİ İNTELLEKT ƏSRİNDƏ RƏQƏMSAL KONSTİTUSİONALİZM VƏ AZƏRBAYCANDA KONSTİTUSİYA NƏZARƏTİ

Xülasə

IV Sənaye İnqilabının çağırışları, süni intellekt əsrinin günbəgün sürətlə irəliləyən innovativləri ilə ayaqlaşmaq məqsədilə ölkələrin rəqəmsallaşma səyləri köklü dəyişikliklərə qapı açır. Bu yeniliklərin fonunda konstitusiya nəzarətinin ənənəvi analoq qaydada qalması mümkün deyil. Bu dəyişikliklər və yeniliklər, süni intellekt texnologiyaları ilə bağlı inkişaflar dövlətlərin “ağıllı konstitusiya” anlayışına doğru irəliləməsinə zəmin yaradır. Fəlsəfi, sosioloji və hüquqi aspektlərin vasitəçilik etdiyi konstitusiya dəyərləri ümumbəşəri və çoxölçülü kateqoriyadır. Bu dəyərlər ictimai münasibətlərin subyektlərinin həyatının bütün sferalarını və səviyyələrini əhatə edir və bu subyektlər üçün onlar arasındakı münasibətlərin xarakterini müəyyən edən göstərici kimi çıxış edir. Konstitusiya nəzarəti Azərbaycan Respublikasının, ümumiyyətlə istənilən müasir demokratik dövlətin konstitusiya quruluşunun bütöv sisteminin ayrılmaz hissəsidir. Bu hüquq institutu dövlətin əsas Qanununun hüquqi müdafiəsinin həyata keçirilməsinin səmərəli yolu kimi xidmət edir, vətəndaşların konstitusiya hüquq və azadlıqlarının müdafiəsi mexanizminin mühüm tərkib hissəsidir. Bu hüquq institutunun unikallığını onunla izah edə bilərik ki o, bütövlükdə dövlətin qanun vəziyyətinin qorunub saxlanılmasında xüsusi rol oynayır. Məqalənin əsas məqsədi süni intellekt və rəqəmsallaşma dövründə konstitusionalizmin yeni formalarını araşdırmaq, Azərbaycan nümunəsində konstitusiya nəzarətinin rəqəmsal transformasiya kontekstində təhlilini aparmaqdır. Burada müəllif ənənəvi analoq əsaslı konstitusiya nəzarətinin artıq kifayət etmədiyini və “ağıllı konstitusiya” yanaşmasına keçidin zərurətini əsaslandırmağa çalışır.

İstinadlar -

  1. Rzayev, Ə.H. (2018). İdarəetmə və nəzarət: funksional təhlil. Bakı Universitetinin xəbərləri: Sosial-siyasi elmlər seriyası, 4, 28-35
  2. Çatlı, M. (2023). Yapay zekanın Anayasası: “Akıllı Anayasa” üzerine. Adalet Dergisi, 70, 369-383.
  3. Kama Işık, S. (2021). Klasik Anayasacılıktan Dijital Anayasacılığa: Anayasa Hukukunun Dönüşümü. Uluslararası Bilişim Ve Teknoloji Hukuku Sempozyumu Tebliğler Kitabı, Adalet Yayınevi, Ankara, s. 39.
  4. Amaral Junior, J.L.M. (2021). Constitutionalism and the Concept of Constitution. Revista Direito Publico, A1 (18), 692-742.
  5. Gupta, Sh. (2025). Constitutionalism In The Age Of Artificial Intelligence: Bridging Innovation And Public Interest. International Journal of Creative Research Thoughts (IJCRT), 6 (13), a955-a960
  6. Makeeva, Y.K. & Marokko, N.A. (2022). Topical Issues of Theory and Practice of Implementation Preliminary Constitutional Control in The Russian Federation at The Present Stage. Law and State: Theory and Practice, 2 (206), 22-25.
  7. Мамедов, Н.Ф. (2009). Институт судебного конституционного контроля в Азербайджанской республике. Вестник Челябинского государственного университета, 7 (145), 47-51.
  8. Сунцов, В.С. (2020). Модели современного судебного конституционного контроля. Сборник тезисов II Международной конференции “Проблемы и перспективы современной научной мысли в России и зарубежом”, Кемерово, 20 апреля, 74-76