NAXÇIVAN MR-DƏ BİÇƏNƏK VƏ OTLAQLAR ALTINDA İSTİFADƏ EDİLƏN TORPAQLARIN EKOLOJİ PROBLEMLƏRİ VƏ ONUN HƏLLİ YOLLARI
Xülasə
Məqalədə biçənək və otlaq kimi istifadə olunan ərazilərdə insanın təsərrüfat fəaliyyəti nəticəsində landşaftın əsas komponentlərindən olan torpaq örtüyündə baş verən dəyişikliklərdən bəhs edilir. Göstərilir ki, otlaq kimi istifadə olunan bu ərazilərdə torpaqlar tapdaq altında qalaraq kipləşməyə məruz qalır, otarma çox aparıldığı ərazilərdə çim qatının bütövlüyü pozulur, torpağın mineral tərkibi kasıblaşır, qurunt sularının rejimi dəyişir, qış otlağı kimi istifadə olunan ərazilərdə, hətta torpaqların şorlaşması başlayır. Sonda biçənək və otlaqlar altında qalan torpaqda yaranan ekoloji problemləri aradan qaldırmaq üçün torpaqlarda terraslaşdırma yolu ilə eroziyanın azaldılması, qarışıq bitki toxumlarının səpilməsi, növbəli otarmaya riayət olunması, quraq ərazilərdə suvarmanın tətbiq olunması, bəzi dünya ölkələrinin təcrübəsindən istifadə edərək gübrələmənin tətbiqi kimi təkliflər irəli sürülmüşdür.
