SOSİAL SİYASƏTİN İNKİŞAFINDA YENİ BİR SAHƏ: KÖNÜLLÜLÜK
Xülasə
Könüllülük xidməti sosial tərəqqinin mühüm simvolu, əsas sosial dəyərlərinin həyata keçirilməsinin mühüm tərkib hissəsi olduğu üçün müvafiq mövzu müasir dövrdə aktual əhəmiyyət kəsb edir. Məqalədə könüllü xidmətin mühüm xüsusiyyətləri, sosial siyasətin inkişafında könüllü xidmətin rolu kimi məsələlər aydınlaşdırlmışdır. Bu məqalənin əsas məqsədi könüllülüyün sosial siyasətin inkişafında rolunu araşdırmaq, onun cəmiyyətə və sosial rifaha təsirini dəyərləndirməkdir. Könüllülüyün mühüm xüsusiyyətləri, könüllük metodları, könüllülüyün sosial-iqtisadi inkişafa töhfəsi barədə məlumat vermək və sosial siyasətin inkişafında könüllülüyün oynadığı rolu izah etmək məqalənin əsas vəzifələrindəndir. Məqalədə analitik, müqayisəli, sosioloji, tarixi və normativ-hüquqi metodlardan istifadə olunub. Analitik metod vasitəsilə könüllülüyün sosial siyasətə təsiri təhlil olunub, müqayisəli metodla müxtəlif təşkilatlarda könüllülük fəaliyyəti müqayisə edilib, sosioloji metod vasitəsilə könüllülüyün cəmiyyətə təsiri və sosial rifahla əlaqəsi araşdırılıb, tarixi metodla könüllülüyün inkişafı və tarixi nəzərdən keçirilib, normativ-hüquqi metod vasitəsilə “Könüllü fəaliyyət haqqında” qanun və digər hüquqi sənədlər təhlil edilib. Sosial problemlərin həlli üçün müvafiq təşkilat və müəssisələr könüllülərlə əməkdaşlıq etməli, sosial sahə üzrə mühüm işlərin görülməsində könüllülərin fəal dəstəyindən istfadə etməlidirlər. Könüllülər sektoru sosial innovasiyalar və dəyişikliklər üçün katalizator rolunu oynamalı, sosial məsələləri yeni üsullarla aktiv və effektiv şəkildə həll etməli, birgə idarəçiliyin subyekti kimi müxtəlif sektorlarla əməkdaşlıq və həmrəylik içində işləməyi bacarmalıdır
