NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MÜASIR QƏRB KONSEPSIYALARINDA VƏTƏNDAŞ CƏMIYYƏTI: LIBERAL DEMOKRATIYA VƏ QLOBALLAŞMA KONTEKSTINDƏ

Xülasə

Məqalə vətəndaş cəmiyyətinin konseptual əsaslarının və onun müasir dünyada rolunun təhlilinə həsr edilmişdir. Ümumi məlumat: Tədqiqat vətəndaş cəmiyyətinin tarixi inkişaf mərhələlərini və bu anlayışın formalaşmasına təsir göstərən hüquqi, fəlsəfi və sosial-iqtisadi amilləri araşdırır. Məqsəd vətəndaş cəmiyyətinin demokratik dövlətin və hüquqi sistemin ayrılmaz hissəsi olduğunu göstərməkdir. Metodlar: Araşdırmada müqayisəli-hüquqi analiz, tarixi yanaşma və mənbələrin sistemləşdirilməsi üsulları tətbiq edilmişdir. Əldə olunan nəticələr: Nəticələr göstərir ki, vətəndaş cəmiyyəti insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və sosial həmrəyliyin gücləndirilməsi üçün mühüm mexanizmdir. Liberal demokratiya şəraitində bu institut dövlətin funksiyalarını tamamlayır və ictimai iştirakçılığı artırır. Yekun nəticə: Qloballaşma dövründə vətəndaş cəmiyyəti yalnız milli sərhədlərdə deyil, beynəlxalq səviyyədə də hüquq və demokratiya dəyərlərinin qorunmasında əsas amil kimi çıxış edir.

İstinadlar -

  1. Afanasyev, V. V. (2003). Politicheskaya filosofiya Osvalda Shpenglera [Political philosophy of Oswald Spengler]. Moscow.
  2. Dugin, A. G. (2004). Filosofiya politiki [Philosophy of politics]. Moscow.
  3. Khantington, S. (2004). Kto my? Vyzov amerikanskoy natsionalnoy identichnosti [Who are we? The challenge of American national identity]. Moscow.
  4. Malashkhiya, G. (2003). Perspektivy cheloveka v globaliziruyushchemsya mire [Human perspectives in a globalizing world]. Saint Petersburg.
  5. Reale, D. (1997). Zapadnaya filosofiya ot istokov do nashikh dney [Western philosophy from origins to our days] (Vol. 4). Moscow.
  6. Rustamov, Y. I. (2005). Sivilizasiyaların dialoqu-bəşəriyyətin vəhdətinə aparan yol [The dialogue of civilizations - the path leading to the unity of humanity]. Şərq-Qərb: Sivilizasiyaların dialoqu, 1.