NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ QƏRAR QƏBUL ETMƏ PROSESLƏRİNDƏ STRATEJİ MƏLUMAT ANALİZİNİN TƏTBİQİ

Xülasə

Müasir dövrdə ali təhsil müəssisələrinin idarə olunması prosesində qərar qəbuletmə mexanizmləri getdikcə daha mürəkkəb xarakter alır. Qlobal rəqabət, əmək bazarının dəyişən tələbləri, rəqəmsal transformasiya və beynəlxalq keyfiyyət standartları ali təhsildə strateji yanaşmaların zəruriliyini artırır. Bu baxımdan, strateji məlumat analizinin tətbiqi ali təhsil müəssisələrinin fəaliyyətində mühüm rol oynayır. Strateji məlumat analizi tələbə qəbulu, tədris proqramlarının səmərəliliyi, maliyyə idarəetməsi, kadr siyasəti və rəqəmsal tədris platformalarının nəticəliliyi kimi sahələrdə qərarların daha obyektiv, elmi əsaslı və uzunmüddətli inkişaf hədəflərinə uyğun qəbul edilməsinə şərait yaradır. Qərar qəbuletmə proseslərində strateji məlumat analizi problemin müəyyənləşdirilməsi, alternativlərin hazırlanması, qiymətləndirilməsi və həyata keçirilməsi mərhələlərində tətbiq olunur. SWOT və PEST analizləri, KPI göstəriciləri, Business Intelligence (BI) sistemləri və proqnozlaşdırıcı analitika kimi metodlar ali təhsil müəssisələrində məlumat əsaslı idarəetmənin effektivliyini artırır. Bununla yanaşı, məlumatların natamamlığı, maliyyə və texniki imkanların məhdudluğu, kadrların analitik bacarıqlarının yetərsizliyi kimi problemlər strateji məlumat analizinin tətbiqində çətinliklər yaradır. Nəticə olaraq, strateji məlumat analizinin ali təhsil müəssisələrində tətbiqi idarəetmə proseslərinin şəffaflığını və səmərəliliyini artırmaqla yanaşı, universitetlərin beynəlxalq rəqabət qabiliyyətini də gücləndirir. Gələcəkdə böyük məlumatların (Big Data) və süni intellekt texnologiyalarının geniş tətbiqi bu proseslərin keyfiyyətini daha da yüksəldəcəkdir.

İstinadlar -

  1. Bryson J. M. (2018). Strategic planning for public and nonprofit organizations: A guide to strengthening and sustaining organizational achievement (5th ed.). Jossey-Bass
  2. Checkland P. (1981). Systems thinking, systems practice. John Wiley & Sons
  3. Dixit A. K., & Nalebuff, B. J. (2008). The art of strategy: A game theorists guide to success in business and life. W. W. Norton & Company
  4. Drucker, P. F. (1954). The practice of management. Harper & Row
  5. Gürel E., & Tat, M. (2017). SWOT analysis: A theoretical review. Journal of International Social Research, 10(51)
  6. Hill C. W. L., Jones, G. R., & Schilling, M. A. (2014). Strategic management: Theory: An integrated approach (11th ed.). Cengage Learning
  7. Johnson G., Scholes, K., & Whittington, R. (2017). Exploring corporate strategy: Text and cases (11th ed.). Pearson Education
  8. Kaplan R. S., & Norton, D. P. (1996). The balanced scorecard: Translating strategy into action. Harvard Business Press
  9. Kaplan R. S., & Norton, D. P. (2001). The strategy-focused organization: How balanced scorecard companies thrive in the new business environment. Harvard Business Press
  10. Kaplan R. S., & Norton, D. P. (2001). The strategy-focused organization: How balanced scorecard companies thrive in the new business environment. Harvard Business Press
  11. Khalilov T., Adilzade I., Rzayev O., Guliyev N., & Yusifova, N. (2024). The role of strategic planning in the organization of management systems in higher education institutions: insights from international practice. Edelweiss Applied Science and Technology, Vol. 8, No. 6
  12. Khalilov, T., Alikhanov, V., Hasanov, N., & Ahmadova, M. (2024). The Content and Essence of the Strategic Planning Process in Higher Education Institutions. Pak. j. life soc. Sci, 22(2)
  13. Khalilov, T., Aliyev, V., Guliyeva, M., & Babayeva, M. (2024). Strategic management mechanisms, directions, and functions in higher education. Pak. j. life soc. Sci, 22(2).
  14. Kotter J. P. (1996). Leading change. Harvard Business Press, 1996.
  15. Mintzberg H. (1994). The rise and fall of strategic planning: Reconceiving roles for planning, plans, planners. Free Press,
  16. Porter M. E. (1985). Competitive advantage: Creating and sustaining superior performance. Free Press
  17. Saaty T. L. (2008). Decision making with the analytic hierarchy process. International Journal of Services Sciences, 1(1)