MÜASİR ALMAN DİLİNDƏ ALINMA SÖZLƏR VƏ ONLARIN TARİXİ
Xülasə
Məqalədə alman dilinin ayrı-ayrı dövrlərində müxtəlif dillərdən alınmalarla zənginləşməsindən bəhs edilir. Bundan əlavə alınma sözlərin yaranma səbəblərinə və onun təsnifatı probleminə diqqət yetirilir. Müasir Alman dili əsasən digər dillərdən təsirlənən bir sistemdir. Alman dilinin digər dillərin təsirinə açıq olması dövlətin dil sahəsində uzunmüddətli siyasəti ilə bağlıdır. Tədqiqatımız, alman dilinə artıq formalaşmasının ilkin mərhələsində alınma elementlərin nüfuz etməsinə maneələrin olmadığını aşkar etdi; orada alınmaların həddindən artıq çox olması həmin dövrlərdə alman dövlətlərinin Avropa siyasi arenasında zəifliyi, güclü hökumətin qayğısına qala biləcəyi vahid dil standartlarının olmaması ilə izah olunur.
article.keywords: alman dili, alınma sözlər, alınma sözlərin təsnifatı, alınmaların səbəbləri
