NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

ALINMA SÖZLƏRİN DİLİN İNKİŞAFINDA ROLU VƏ ƏHƏMİYYƏTİ

Xülasə

Dil xalqın mədəniyyətinin, tarixinin və düşüncə tərzinin əsas göstəricilərindən biridir. O, danışanların tarixini, mədəniyyətini və qarşılıqlı əlaqələrini əks etdirən canlı və daim inkişaf edən bir sistemdir. Zaman-zaman dillər arasında qarşılıqlı təsirlər baş vermiş, nəticədə bir çox dillər alınma sözlərlə zənginləşmişdir. Alınma sözlər dedikdə, bir dildən digərinə müxtəlif yollarla keçmiş və istifadə edilən sözlər nəzərdə tutulur. Alınma sözlər dilin inkişafının ən maraqlı tərəflərindən biridir. Belə sözlər yalnız dilin lüğətini zənginləşdirməklə kifayətlənmir, həm də mədəniyyətlər arasında tarixi əlaqələr haqqında təsəvvür yaradır. Dillərin bir-birinə söz alıb-verməsi prosesi ticarət, işğal, miqrasiya, mədəni mübadilə, texnoloji tərəqqi və ya qloballaşma nəticəsində baş verir. Alınmış sözlər tez-tez onları alan dildəki leksik boşluqları doldurur, yeni anlayışlar, obyektlərlə bağlı vahidlər təqdim edir. Alınmış sözlər dili müəyyən dərəcədə zənginləşdirməkdən başqa, bir sıra istiqmətlərdə düzgün və dəqiq ifadələrin işlənməsinə imkan yaradır. Daha çox terminologiyada, xüsusən elm, mətbəx və ya incəsənət kimi ixtisaslaşdırılmış sahələrdə alınma sözlər fəallıq göstərir. Bununla belə, alınmaların hədsiz işliənməsi, xüsusilə də qarşılığı olduqda başqa dildən alınması dilin saflığı və milliliyin aşınmasına səbəb olur. Bu, alınma sözlərin həm mənfi, həm də müsbət təsirlərə malik olduğunu göstərir. Tədqiqatda alınma sözlərin mədəni mübadiləni necə asanlaşdırdığını, leksikanı necə zənginləşdirdiyini və cəmiyyətdə tarixi və sosial əlaqələri əks etdirməsi əsaslandırılır. Elmi ədəbiyyatlarda alınma sözlər, əsasən, dil təmaslarının təbii nəticəsi və zərurilik kimi dəyərləndirilir. Müxtəlif tədqiqatlarda Azərbaycan dilində fars və ərəb sözlərinin dilin lüğəti, üslubu və quruluşunu necə formalaşdırdığı vurğulanır. Bu məqalədə Azərbaycan dilindəki alınma sözlərin müsbət cəhətləri işıqlandırılır, onların dilimizdəki rolu, əhəmiyyəti və cəmiyyətin dil inkişafına təsiri elmi nöqteyi-nəzərdən təhlil olunur.

İstinadlar -

  1. Ağaməmmədova F. Müstəqillik illərində dilimizə daxil olmuş yeni sözlərin quruluşca növləri (1991-2016-cı illər. Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il, s. 16.
  2. Əhmədova E.H. Bəzi alınma sözlərin qədim türk yazılı abidələrində işlənən türk mənşəli qarşılıqları və onların işlənmə məqamları. Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il, s. 35-37.
  3. Əmrahova M.B. Ədəbi dil normaları qloballaşma şəraiində: mövcud vəziyyət və problemlər. Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq konfrans,24-25 noyabr 2016–cı il, s. 44-45.
  4. Əsgərova N. (2016). Dilimizin saflığını qoruyaq. Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq konfrans ,24-25 noyabr 2016–cı il, s. 79-81.
  5. Həsənov H.Ə. (2014). Müasir Azərbaycan dilinin leksikası. Bakı, Maarif, 304 s.
  6. Həsənova L. (2016) Türk dillərində alınma turizm terminlərinin unifikasiyası. Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq konfrans, 24-25 noyabr 2016–cı il, s. 52.
  7. Xəlilov B.Ə. Azərbaycan dilində gedən proseslər və meyillər. Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq konfrans, 24-25 noyabr 2016–cı il, s. 61-63.
  8. Həsənova S. (2025). Azərbaycan dilçiliyinin problemləri. “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər”mövzusunda respublika elmi-praktik konfransının Materialları. Bakı: 26 may 2025, s.29-31.
  9. Kərimova M. (2016). Ədəbi dil və dil normaları qloballaşma şəraitındə: mövcud vəziyyət və problemləri. Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq konfrans, 24-25 noyabr 2016–cı il, s. 68-70.
  10. Məmmədov M. Mərbualt dilimiz öyrənilir. Yaqubova T. Azərbaycan mətbuat dilində alınmalar (1990-2000). Bakı, “MBM”, 2008, s. 3-5.
  11. Nağısoylu M., Sadıqova S. (2020). Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı. Bakı: “Elm”, 416 s.
  12. Nuri Ə. (2024). Müasir dövrdə ictimai tərəqqi və dilin inkişafı. Qədim diyar Beynəlxalq Onlayn Elmi Jurnal. İmpakt Faktor: 1.465. 2024 / Cild: 6 Sayı: 7 / 70-78.
  13. Rəcəbli Ə. (2003) Nəzəri dilçilik. Bakı: Nurlan, 2003, 515 s.
  14. Məmmədova S. (2019). Müstəqillik illərində Azərbaycan dilinin leksik sistemində baş verən dəyişikliklər. Filologiya məsələləri, № 6, 2019, s. 27-32.
  15. Namazova S. (2016). Azərbaycan dilinin çağdaş dövrdəki inkişafına dair. Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq konfrans ,24-25 noyabr 2016–cı il, s. 93-94.