NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

KƏNGƏRLİ VƏ BABƏK RAYONLARININ ETNOOYKONİMLƏRİNDƏ KƏNGƏRLİ TAYFA İZLƏRİNİN MÜQAYİSƏLİ TƏDQİQİ

Xülasə

Məqalədə qədim zamanlardan bəri Naxçıvan ərazisində məskunlaşmış, buranın əzəli, yerli sakinlərindən olan Kəngərli tayfasının, eləcə də onun müxtəlif qollarının izlərini öz adının daxilində qoruyub saxlayaraq günümüzədək gətirib çıxarmış yer adlarından bəhs olunur. Həmin etnooykonimlər müxtəlif tədqiqatçıların araşdırmalarına əsasən, etimoloji nöqteyi-nəzərdən təhlil edilərək kəngərlilərlə bağlılığı nəzərə çatdırılmışdır. Eyni zamanda, bu onomastik vahidlərin etimoloji tədqiqinin elmi əhəmiyyəti haqqında məlumat verilir. Azərbaycanın, eləcə də dünyanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan Muxtar Respublikasının Kəngərli və Babək rayonları ərazisində yerləşən qədim yaşayış məntəqələrinin adlarında Kəngərli tayfalarının adı ilə bağlılıqlar araşdırılmışdır. Həmçinin, bəhs olunan etnooykonimlərin tarixi əsasını kəngərlilərin hansı qollarının adından götürdüyü də diqqətə çatdırılan məsələlərdəndir. Həmin oykonimlərin tarixi qaynaqlarda əksini tapmış ilkin versiyası ilə bugünkü versiyası qarşılaşdırılmışdır. Kəngərli rayonuna aid Xıncab, Qabıllı, Yurdçu və Babək rayonuna aid Didivar və Xal-xal yaşayış məntəqələrinin adları etimoloji cəhətdən tədqiq olunmuşdur. Tədqiqat Kəngərli tayfasının adını yaşadan oykonimlərin etimoloji mənşəyini üzə çıxarmaq və onların tarixi-etnik köklərini elmi əsaslarla təsbit etmişdir. Bu cür araşdırmalar, gələcəkdə toponimika, etnogenez və tarix sahələrində aparılacaq araşdırmalar üçün zəngin mənbə rolunu oynaya bilər.

İstinadlar -

  1. Abbasova A.Y. (2018). Osmanlı qaynaqlarında Naxçıvan və ətrafının onomastikası. Bakı: Elm və təhsil,160s.
  2. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. İki cilddə.IIcild, (2007). Bakı: Şərq-Qərb, 304s
  3. Budaqov B. Qeybullayev Q. (2004). Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta Press, 120 s.
  4. Naxçıvan sancağının müfəssəl dəftəri (1997), Bakı: Sabah, 336 s.
  5. Rzayev F.H. (2006). Qədim Şərur oykonimlərinin mənşəyi. Bakı: Nurlan, 242 s
  6. Rzayev F. H. (2013). Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə II-I minilliklər). II cild Bakı: ADPU-nun mətbəəsi, 528 s.
  7. Rzayev F.H. (2019).Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: ADPU, 244 s.
  8. Григорев В.В. (1833). Статистическое описание Нахичеванской провинций, Санкт-Петербург: 264 c.
  9. Пагирев Д.Д. (1913). Алфавитный указатель к пятиверстной карт Кавказского края. Тифлис: Типография К.П.Казловского, 530 с.
  10. Смирнов Н. К. (1999). Материалы по истории и этнографии Нахичеванского края (Тифлис, 1934 г), Баку: Озан ст, 156.
  11. Шопен И. (1852). Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург, 644 с.