NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ QƏRBİ AZƏRBAYCANDA ERMƏNİ VƏHŞİLİYİ SƏNƏDLƏRİN DİLİ İLƏ

Xülasə

XX əsrin əvvəllərindən başlayaraq istər İrəvan quberniyasında, istərsə də Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Zəngəzur qəzalarında daşnak ermənilər tərəfindən baş vermiş qanlı soyqırım və deportasiyası siyasətinə dair Naxçıvan, Gürcüstan, Ermənistan və Azərbaycan Dövlət arxivlərində yüzlərlə arxiv sənədlərinə rast gəlirik. Bu sənədlər xususi ilə Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, qırğınlar, dağıntılar, yurdlarından qovulan azərbaycanlıların aclıq və xəstəlikdən məhv olmalarına dair o dövrün qanlı sənədləridir. Bu haqda Azərbaycan Respublikası və Naxçıvan MR dövlət arxivlərində kifayət qədər sənədlər vardır. Həmin arxiv sənədlərində ermənilərin Qərbi Azərbaycanın bölgələrində azərbaycanılara qarşı törətdikləri saysız-hesabsız vəhşiliklər öz əksini tapmışdır.