NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

İKT DƏSTƏYİ İLƏ KOMPLEKS ƏDƏDLƏR MEYDANINDA HƏLL EDİLƏN MƏSƏLƏLƏR SİSTEMİ

Xülasə

Məqalə ali məktəblərdə cəbr fənninin tədrisi metodikası məsələlərinə həsr edilmişdir. Məlumdur ki, ali məktəblərdə tədris olunan riyazi fənlər arasında cəbr fənni ən mürəkkəb fənlərdən biridir. Tələbələrin bu fənni daha yaxşı mənimsəmələri üçün müasir təlim texnologiyalarından, İKT imkanlarından istifadə edilməsi yaranan çətinlikləri aşmağa kömək edir. Məqalədə MS Excel, Matlab kompüter proqramlarında kompleks ədədlərə aid məsələlərin həlli təqdim edilir və bu mövzu ilə bağlı tədris proqramlarında nəzərə alınmalı olan təkliflər irəli sürülür.