ANİZOTROP ELLİPTİK HİSSƏLİ VƏ QEYRİ-XƏTTİ DİSSİPASİYALI HİPERBOLİK TİP TƏNLİYİN ÜÇÖLÇÜLÜ FƏZADA QLOBAL HƏLLİNİN VARLIĞI
Xülasə
Üç ölçülü halda bir sinif qeyri-xətti dissipasiyalı anizotrop elliptik hissəli hiperbolik tənlik üçün qarışıq məsələ tədqiq edilmiş, lokal və qlobal həllərin varlığı araşdırılmışdır. Norma ilə təchiz edilmiş anizotrop Sobolev fəzasında lokal həllin və qlobal həllin varlığı haqda teoremlər isbat edilmişdir.
article.keywords: Anizotrop elliptik tənlik, qeyri-xətti dissipasiyalı hiperbolik tip tənliyi, üçölçülü fəza, lokal və qlobal həll
