NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

SOSİAL PROQNOZLAŞDIRMA KONTEKSTİNDƏ SOSİAL MÜDAFİƏ SİSTEMİNƏ KONSEPTUAL YANAŞMA (AZƏRBAYCAN RESPUBLİKASI NÜMUNƏSİNDƏ)

Xülasə

Məqalədə Azərbaycan Respublikasında sosial münasibətlər mühitində sosial müdafiənin təkmilləşdirilməsi mexanizmi olaraq, sosial müdafiə sahəsinin təşkili və idarə olunması müstəvisində iqtisadi proqnozlaşdırmanın konseptual əsaslarının və aktual problemlərinin təhlili aparılır, sosial müdafiə infrastrukturunun hazırkı inkişafı mərhələsində proqnozlaşdırılmanın aparılması ilə bağlı başlıca problemlər və prioritet istiqamətlər barədə nəzəri əsaslandırılmış mülahizələr irəli sürülür, aktual hesab edilən həll mexanizmləri barədə əsaslandırılmış təkliflər verilir. Tədqiqatın məqsədi - sosial müdafiə sisteminin inkişafı və əhalinin sosial müdafiəsinin keyfiyyətcə yüksəldilməsi məqsədilə sosial müdafiədə idarəetmənin əsasını təşkil edən maliyyə resurs təminatının yaxşılaşdırılması istiqamətində mühüm mexanizm kimi, proqnozlaşdırılmanın nəzəriiqtisadi bazasının gücləndirilməsinə töhfə verilməsidir. Tətbiqi əhəmiyyəti. Məqalə prioritet hesab edilən istiqamətlər üzrə maliyyə resurslarından səmərəli istifadə edilməsinə təsir göstərə bilən əsas amillərin müəyyən edilməsilə elmi tədqiqat, eləcə də idarəetmə səviyyəsində perspektivə hesablanmış daha mütərəqqi qərarların verilməsi üçün konseptual baxışın formalaşdırılmasına yönəldilmişdir. İşin tədqiqat obyektini - son hədəfi Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi olan sosial müdafiə sisteminin tənzimlənməsi təşkil edir. Tədqiqat metodları. Təhlillərin aparılmasında seçilən problemin məzmunundan irəli gəlməklə empirik-nəzəri dərketmə və araşdırma, analiz və sintez, induktiv və deduktiv yanaşma, müqayisə, nəzəri modelləşdirmə, abstraktlaşdırma metodlarına əsaslanılmış, digər müxtəlif mənbələr üzrə informasiyalardan istifadə edilmişdir. Tədqiqatın orijinallığı və elmi yeniliyi. Azərbaycanda formalaşmış müasir milli sosial müdafiə modeli bazasında proqnozlaşdırılmanın aktual problemlərinin araşdırılması və bu istiqamətdə konkret təkliflərin verilməsidir. Tədqiqat işinin nəticələri. İş çərçivəsində təhlil edilən problemlər və irəli sürülən təkliflər perspektivə hesablanmış sosial-iqtisadi cəhətdən effektiv qərarların verilməsi üçün konseptual baxışın möhkəmləndirilməsinə xidmət edir.

İstinadlar -

  1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu (https://e-qanun.az/framework/1126)
  2. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (https://e-qanun.az/framework/55872)
  3. “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 10.05.2012-ci il tarixli Q-05 nömrəli Qərarı // https://e-qanun.az/framework/23594
  4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu (https://e-qanun.az/framework/35345)
  5. [Elektron resurs] / Azərbaycan Respublikası Hesablama Palatası, “Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcə layihəsinə Rəy” [Müraciət tarixi: 31.05.2024]
  6. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1029-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (https://e-qanun.az/framework/55876)
  7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (https://e-qanun.az/framework/41096)
  8. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (https://e-qanun.az/framework/46948)