NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

THYMELAEACEAE JUSS. FƏSİLƏSİNDƏ SİSTEMATİK DƏYİŞİKLİKLƏR

Xülasə

Naxçıvan Muxtar Respublikasının florasının biomüxtəlifliyində maraqlı və xarakterik olan fəsilələrdən biri də Thymelaeaceae Juss. fəsiləsidir. Növlərin sayının az olmasına baxmayaraq, onlar Qafqaz ekoregionunda qariqa və friqana bitki örtüyünün formalaşmasında əsas elementlərdən biri hesab olunurlar. Naxçıvan Muxtar Respublikasında 3 cinsə aid 5 növlə təmsil olunurlar. Fəsilənin bir neçə mübahisəli növləri molekulyar tədqiqatlara əsaslanaraq son sistematik mövqelərini tapdılar. Steleropsis magakjanii (Sosn.) Pobed. növü Stelleropsis Pobed cinsindən xaric edilərək, Diarthron Turcz cinsinə daxil edilərək Diarthron magakjanii (Sosn.) Kit Tan növü olmuşdur. Daphne transcaucasica Pobed. növü VU D2 statusu ilə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilmişdir. Təbiətdəki mövcud vəziyyət nəzərə alınaraq gələcəkdə Daphne mucronata Royle növünün Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilməsi məqsədəuyğun hesab edilmişdir.