NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

CƏNUBİ QAFQAZDA TOQQUŞAN MARAQLAR VƏ AZƏRBAYANIN YARATDIĞI GEOSİYASİ REALLIQLAR

Xülasə

Azərbaycanın regionda coğrafi mövqeyi, Qərb və Şərq arasında körpü rolunu oynaması, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında, Böyük İpək yolunun bərpasında fəal iştirak etməsi və qitənin enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri kimi qloballaşan dünyada ölkəmizi əsas sırasına yüksəldir. Zəngin karbohidrogen ehtiyatları regionda tarixən olduğu kimi, bu gün də böyük dövlətlər arasında regional maraqların formalaşmasına və siyasi-iqtisadi rəqabətə səbəb olan amillər Azərbaycanın potensialını daha da artırır. 2020- ci ildə əks –hücum əməliyyatı ilə dünyaya XXI əsr müharibəsini nümayiş etdirən ölkəmiz bütün dünyaya “dəmir yumruq” və “dəmir iradənin” gücünü göstərmişdir