ÜMUMİ PAYLI MÜLKİYYƏT İNSTİTUTUNUN ANLAYIŞI VƏ İNKİŞAF TARİXİ
Xülasə
Ümumi paylı mülkiyyət institutu mülki hüquq sahəsində mühüm yer tutan bir institutdur və hüquq sistemində bir neçə şəxs arasında mülkiyyət hüquqlarının paylaşılmasına imkan verir. Paylı mülkiyyətin iştirakçıları arasında əmlakın saxlanması və qorunması məsələləri də önəmlidir. Hər bir mülkiyyətçi ümumi mülkiyyətin qorunmasına və saxlanmasına öz töhfəsini verməlidir. Lakin bunu digər mülkiyyətçinin hüquqlarını pozmadan həyata keçirməlidir. Ümumi paylı mülkiyyət institutu xüsusilə əmlakın bir neçə şəxs arasında bölüşdürülməsi, istifadə edilməsi və qorunması məsələlərində mühüm rol oynayır. Bu institut mülkiyyətin düzgün tənzimlənməsi və mübahisələrin qarşısının alınması üçün hüquqi əsaslar yaradır. Ona görə də paylı mülkiyyət institutun formalaşması və inkişafını öyrənmək son dərəcə mühüm əhəmiyyət kəsb edir
