NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

SİNİF-SİNİF İNTEQRALLAMA METODU

Xülasə

Qeyri-müəyyən inteqral hesbında metodlar inteqralaltı ifadələrə görə müəyyənləşir. Inteqralaltı ifadə müəyyən sinif olduqda – məsələn rasional kəsr olduqda sadə kəsrlərə ayrılış metodundan istifadə olunur və s. Metod rasional kəsr və rasional çevirlmələrlə rasional kəsrə gətirilən (yaxud əvəzləmələrlə), sonra isə sadə kəsrlərə ayrılan ifadələr üçün yarayır. Məlum siniflərdən heç birinə daxil olmayan və ya müxtəlif siniflərdən olan funksiyalar vasitəsi ilə düzəldilən ifadələrin inteqrallama metodları yoxdur. İlk addımlardan biri olaraq aşağıda yeni metod verilir. Metodla açılmaz hesab olunan inteqralların bir qismini açmaq mümkündür.