STRATEJİ PLANLAŞDIRMADA LİDERLİK VƏ RƏHBƏRLİK BACARIQLARININ ROLU
Xülasə
Strateji planlaşdırma təşkilatların uzunmüddətli inkişafını və dayanıqlı fəaliyyətini təmin edən mühüm idarəetmə alətidir. Bu proses, təşkilatın missiyası və vizionu əsasında müəyyən edilmiş məqsədlərə çatmaq üçün uzunmüddətli strategiyaların formalaşdırılmasını və icrasını nəzərdə tutur. Strateji planın hazırlanması, tətbiqi və qiymətləndirilməsi mərhələlərində liderlik və idarəetmə bacarıqları ayrılmaz rol oynayır. Liderlik prosesə vizyon qazandırır, komanda üzvlərini ilhamlandırır və dəyişiklikləri idarə edir. Digər tərəfdən, idarəetmə bacarıqları resursların səmərəli istifadəsi, əməliyyatların düzgün təşkili və planın gündəlik icrasını təmin edir. Bu iki anlayışın bir-birini tamamlaması strategiyanın yalnız kağız üzərində qalmasının qarşısını alır. Məqalədə liderlik və idarəetmə anlayışları arasında fərqlər izah olunur, strateji planlaşdırma prosesindəki funksiyaları təhlil edilir və Azərbaycan ali təhsil müəssisələrindən nümunələrlə yanaşma daha da konkretləşdirilir. Nəticə olaraq vurğulanır ki, təşkilatlar uğurlu strateji nəticələr əldə etmək üçün həm vizyoner liderliyə, həm də strukturlaşdırılmış idarəetmə bacarıqlarına malik olmalıdır. Bu balans, sürətlə dəyişən mühitə uyğunlaşmanı və təşkilati çevikliyi təmin edir.
