MÜASIR CƏMİYYƏTLƏRDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FORMALAŞMASI VƏ İQTİSADİ İNKİŞAFIN QARŞILIQLI ƏLAQƏSİ
Xülasə
Müasir dünya təcrübəsi göstərir ki, iqtisadi rifah və demokratik inkişaf arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Son iki əsrin təcrübəsi sübut edir ki, sərbəst bazar iqtisadiyyatına əsaslanan ölkələr daha firavan yaşayırlar. Demokratik ölkələrdə mövcud olan vətəndaş cəmiyyəti mühiti elmi-texniki tərəqqi üçün daha əlverişli şərait yaradır, məhkəmələrin müstəqilliyini və mülkiyyət hüquqlarının qorunmasını təmin edir. Bundan əlavə, demokratik cəmiyyətlərdə informasiya mübadiləsi daha effektiv aparılır və iqtisadi proseslərə siyasi müdaxilə azalır. Məqalədə həmçinin qeyd olunur ki, bazar iqtisadiyyatı əmlak bərabərsizliyi yaradır, bu isə siyasi bərabərliyin təmin olunmasını çətinləşdirə bilər. Lakin, vətəndaş cəmiyyətinin verdiyi geniş hüquq və azadlıqlar, müstəqil şəxsi inkişaf və siyasi bərabərlik bu çatışmazlıqları kompensasiya edir.
