BİZNES FƏALİYYƏTİNİN İQTİSADİYYATIN DİVERSİFİKASİYASINA TƏSİRİ
Xülasə
Məqalədə iqtisadi diversifikasiya prosesinin zəruriliyi və ona təsir edən amillər şərh olunmuşdur. Həmin amillərdən biri olan biznes fəaliyyətinin məzmun və mahiyyəti açıqlanmış, iqtisadi dinamikaya təsiri izah olunmuşdur. Biznes siyasətinin, biznes mühitinin və ümumiyyətlə biznes fəaliyyətinin iqtisadi ədəbiyytlarda rast gəlinən müxtəlif izahları ümumiləşdirilmiş, onların iqtisadi xarakteristikası verilmişdir. 2017-2024-ci illəri əhatə edən dövr ərzində Naxçıvan Muxtar Respyblikasında biznes fəaliyyətinin həyata keçirilən diversifikasiya proseslərinə təsiri bir sıra iqtisadi göstəricilər əsasında təhlil edimişdir. Muxtar Respublikada biznes mühitini şərtləndirən amillər izah olunmuş, nəticələr əsasında gələcəkdə iqtisadi dinamikanın təsiri altında diversifikasiyanın genişləndirilməsi istiqamətində təkliflər verilmişdir.
