NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

LOGİSTİKA FƏALİYYƏTİNİN TARİXİ FORMALAŞMASI

Xülasə

Logistika fəaliyyəti qədim dövrlərdən bugünə qədər insan cəmiyyətinin sosial və iqtisadi həyatında mühüm rol oynamışdır. İlkin mərhələlərdə daha çox hərbi məqsədlərə xidmət edən logistika, zamanla iqtisadi münasibətlərin mürəkkəbləşməsi və texnoloji inkişaflarla paralel şəkildə dəyişmiş və inkişaf etmişdir. Bu proses ərzində logistika tədarük, daşınma və ehtiyatların idarə olunması kimi funksiyalarla başlayaraq, son nəticədə inteqrasiya olunmuş təchizat zənciri idarəetməsi, strateji planlaşdırma və rəqəmsal əlaqələndirmə kimi kompleks funksiyaları özündə birləşdirən fəaliyyət sahəsinə çevrilmişdir. Bu məqalədə logistika fəaliyyətinin tarixi inkişaf yolu, onun ilkin hərbi kontekstdə formalaşmasından müasir iqtisadi sistemlərdəki strateji roluna qədər keçdiyi mərhələlərdən bəhs edilir.