ORİJİNAL ÖYRƏNMƏ MÜHİTİNDƏ TEXNOLOGİYANİN VƏ ORİJİNAL ÖYRƏNMƏ PROQRAMLARININ ROLU
Xülasə
Xarici dilin tədrisində orijinal materiallardan istifadə çox vacibdir və bu materiallar tələbələrin tədrisdə müvəffəqiyyətini artırır. İnkişaf edən texnologiya sayəsində təlim prosesində istifadə olunan materialların növündə və keyfiyyətində əhəmiyyətli irəliləyişlər var. Texnologiya orijinal mühitlər üçün əvvəllər mövcud olmayan böyük üstünlüklər təklif edir və araşdırmalar göstərir ki, texnologiyadan istifadə orijinal öyrənmənin effektivliyinə müsbət təsir göstərir. Bu məqalədə orijinal öyrənmə mühitindən, orijinal öyrənmə fəaliyyətlərindən və təcrübələrindən bəhs edilir və xarici dilin tədrisində inkişaf edən tədris texnologiyaları sayəsində real həyatla formal təlim arasındakı boşluğun getdikcə azalması ilə bağlı əsas məqamlar qeyd olunur. Orijinal dil öyrənmə mühitində texnologiyadan istifadə tələbələrə oxuma, yazma, dinləmə, danışma, düşünmə bacarıqları və strategiyalarını daha da inkişaf etdirmək və bu bacarıqlardan səmərəli istifadə etmək imkanları yaradır. Müasir rəqəmsal dövrdə texnologiyadan istifadənin reallaşması tələbələri gələcəyə hazırlayır və tənqidi düşünən, yüksək motivasiyalı, effektiv ünsiyyət quran və problemləri həll etmə bacarıqlarına malik şəxslər yetişir. Bundan əlavə, orijinal dil öyrənmə mühitində texnologiyadan istifadə tələbələrə bir-biri ilə əlaqə yaratmağa və öz nailiyyətlərini sinifdən kənarda yaymağa imkanı verir.
