GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN TOPONİMİYASI VƏ REGİONUN TARİXİ-İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
TOPONYMY AND HISTORICAL-ECONOMIC DEVELOPMENT FEATURES OF THE GANJA-DASHKASAN ECONOMIC REGION
PDF YükləXülasə
Məqalə Gəncə–Daşkəsən iqtisadi rayonunun toponimik sisteminin regionun tarixi-iqtisadi inkişaf xüsusiyyətləri ilə qarşılıqlı əlaqəsinin iqtisadi-coğrafi aspektdə təhlilinə həsr olunmuşdur. Tədqiqatın məqsədi yer adlarının semantik, funksional və etimoloji xüsusiyyətləri əsasında ərazinin məskunlaşma formalarını, təsərrüfat strukturunu və sosial-iqtisadi transformasiya mərhələlərini müəyyənləşdirməkdir. Empirik baza 850 toponimdən ibarət olmuş, həmin materiallar tarixi mənbələr, arxiv sənədləri, kartoqrafik materiallar və sahə tədqiqatları əsasında sistemləşdirilmişdir. Müəyyən edilmişdir ki, hidronimlərin, qışlaq, oba, yataq, karvansara, mədən və sənətkarlıqla bağlı toponimlərin geniş yayılması regionun təsərrüfat strukturunda suvarma əkinçiliyinin, yarımköçəri maldarlığın, ticarət-kommunikasiya əlaqələrinin və dağ-mədən sənayesinin aparıcı mövqeyini əks etdirir. Toponimik sistemdə müşahidə olunan ideoloji renominasiya prosesləri isə siyasi transformasiyaların məkan üzərindəki izlərini göstərir. Bu sistemin kompleks təhlili regionun sosial-iqtisadi və tarixi inkişaf qanunauyğunluqlarının daha dərindən dərk edilməsinə imkan verir. Nəticədə “toponim–iqtisadi funksiya–tarixi mərhələ” modeli əsasında regionun məkan-funksional inkişaf trayektoriyası rekonstruksiya olunmuşdur. Tədqiqatın nəticələri tarixi landşaftın öyrənilməsi, regional planlaşdırmanın elmi əsaslandırılması və mədəni irsin qorunması istiqamətlərində mühüm elmi-praktik əhəmiyyətə malikdir.
Abstract (EN)
The article analyses the interaction between the toponymic system of the Ganja-Dashkasan zone and the region's historical and economic development, from economic and geographical perspectives. The study aims to determine the settlement forms, economic structure and stages of socio-economic transformation of the territory based on the semantic, functional and etymological characteristics of place names. The empirical base consisted of 850 toponyms, which were systematised using historical sources, archival documents, cartographic materials, and field research. It was determined that the wide distribution of hydronyms, winter quarters, villages, camps, caravansaries, and toponyms related to mining and crafts reflects the leading position of irrigated agriculture, semi-nomadic cattle breeding, trade and communication relations and the mining industry in the economic structure of the region. The ideological renomination processes observed in the toponymic system show the traces of political transformations in the space. A complex analysis of this system allows for a deeper understanding of the region's socio-economic and historical development patterns. As a result, the spatial and functional development trajectory of the region was reconstructed based on the “toponym-economic function-historical stage” model. The results of the study have important scientific and practical significance in terms of studying the historical landscape, regional planning, and preserving cultural heritage.
Резюме (RU)
Статья посвящена анализу взаимодействия топонимической системы Гянджа-Дашкасанской зоны с историко-экономическими особенностями развития региона в экономико-географическом аспекте. Цель исследования – определить формы расселения, экономическую структуру и этапы социально-экономической трансформации территории на основе семантических, функциональных и этимологических характеристик топонимов. Эмпирическая база состояла из 850 топонимов, систематизированных на основе исторических источников, архивных документов, картографических материалов и полевых исследований. Установлено, что широкое распространение гидронимов, зимних квартир, деревень, лагерей, караван-сараев, а также топонимов, связанных с горнодобывающей промышленностью и ремеслами, отражает ведущую роль орошаемого земледелия, полукочевого скотоводства, торгово-коммуникационных связей и горнодобывающей промышленности в экономической структуре региона. Наблюдаемые в топонимической системе процессы идеологического переименования показывают следы политических преобразований в пространстве. Комплексный анализ этой системы позволяет глубже понять социально-экономические и исторические закономерности развития региона. В результате была реконструирована пространственно-функциональная траектория развития региона на основе модели «топоним-экономическая функция-исторический этап». Результаты исследования имеют важное научное и практическое значение в области изучения исторического ландшафта, регионального планирования и сохранения культурного наследия.
İstinadlar
- Abbasov, M. Ə., & Nuriyev, E. B. (1988). Kirovabad–Qazax (Kirovabad və Naftalan şəhər sovetləri, Qasım İsmayılov və Şaumyan rayonları üzrə) coğrafi obyekt adlarının tədqiqi. Elm. S. 124.
- Azərbaycan dilinin dialektologiya lüğəti. (1964). Azərbaycan SSR EA Nəşriyyatı.
- Azərbaycan Sovet Ensiklopediyası. (1976–1987). 10 cilddə. Azərbaycan Sovet Ensiklopediyası Nəşriyyatı. VII cild. Səh. 468.
- Kadmon, N. (2004). Toponymy: The lore, laws and language of geographical names. Vantage Press.
- Mehrəliyev, E. Q. (1987). Xalq coğrafi terminlərinin izahlı lüğəti. Elm. S. 253.
- Mehrəliyev, Ə. (1987). Azərbaycanın hidronimləri. Elm. S. 153.
- Nuriyev, E. B. (1986a). Coğrafi reallığın toponimiyada əks olunması (Ağsu rayonunun materialları əsasında). Azərbaycan SSR EA Yer Elmləri Seriyası, (3), 69-114.
- Nuriyev, E. B. (1986b). Azərbaycan toponimlərinin lüğəti. Elm. S.325.
- Pospelov, E. M. (1971b). Geograficheskie nazvaniya mira. Nauka. C. 267
- Qaşqari, M. (2006). Divanü Lüğat-it-Türk (R. Əskər, tərc., s. 120). Şərq-Qərb.
- Qeybullayev, Q. (1986a). Toponimiya Azerbaijana. Elm. S. 353.
- Qeybullayev, Q. (1986b). Azərbaycan toponimiyasının tarixi-linqvistik təhlili. Elm.
- Yusifov, Y. B., & Kərimov, S. K. (1987a). Toponimikanın əsasları. Maarif. S. 245.
- Yusifov, Y., & Kərimov, S. (1987b). Azərbaycanın tarixi coğrafiyası. Elm. S. 124.
- Yüzbaşov, F. (1966). Azərbaycanın xalq coğrafi terminləri. Elm. S. 176.
- Yüzbaşov, R. M. (1966). Azərbaycan coğrafiya terminləri. Elm. S. 376.