NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ İSRAİL DÖVLƏTİ ARASINDAKI SİYASİ MÜNASİBƏTLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

CHARACTERISTIC FEATURES OF POLITICAL RELATIONS BETWEEN THE REPUBLIC OF AZERBAIJAN AND THE STATE OF ISRAEL

İl: 2026 Səhifə: 166-172 Cild: 2026-cı il №2 Cild (135)
PDF Yüklə

Xülasə

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını ilk tanıyan (25 dekabr) dövlətlərdən biri olan İsrail Dövləti tanınmadan sonra rəsmi Bakı ilə əlaqələri davam etdirərək genişləndirmiş, 7 aprel 1992-ci ildə Azərbaycan Respublikası ilə diplomatik münasibətlər qurmuş, 29 avqust 1993-cü ildə isə Bakıda İsrail Dövlətinin səfirliyini açmışdır. Azərbaycan Respublikasının islam dünyası ilə olan həmrəyliyi səbəbindən rəsmi Bakı İsraildə öz səfirliyini daha gec 29 mart 2023-cü ildə açmasına baxmayaraq ölkələr arasında hər zaman yaxın əməkdaşlıq olmuş və zamanla bu münasibətlər yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq xarakteri almışdır. Bakı və Tel-əviv arasındakı münasibətlərin dərinləşməsi bir sıra amillərlə (siyasi, iqtisadi, tarixi, mədəni və s.) əlaqələdir və bu münasibətlərinin şoxşaxəli olmasına baxmayaraq ən sıx əməkdaşlıq 21-ci əsrin əsas çağırışları olan "müdafiə və təhlükəsizlik", "enerji təhlükəsizliyi" kimi həyati vacib sahələrdə daha çox təmərküzləşərək "etibarlı əməkdaşlığa" əsaslanmışdır. İki dövlət arasında strateji tərəfdaşlıq olaraq dəyərləndirilən bu əməkdaşlıq rəsmi Bakının 2020-ci ildə sahədə – İkinci Qarabağ müharibəsində, 2025-ci ildə masada – Vaşinqtonda keçirilən görüşdə Azərbaycanın uzun illərdir əldə etməyə çalışdığı vacib hədəflərinə çatmasında mühüm rol oynamış, tərəflər arasında münasibətlərin daha da dərinləməsi üçün etibarlı zəmin yaratmışdır. Məqalədə qeyd edilənlərin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının İsrail Dövləti ilə siyasi münasibətlərinin səciyyəvi xüsusiyyətləri, bu əlaqələri şərtləndirən amillər və ölkələr arasında müdafiə-təhlükəsizlik sferasındakı əməkdaşlıq öyrənilərək təhlil edilmişdir.

Abstract (EN)

The article analyzes the factors contributing to the establishment of strategic cooperation between the Republic of Azerbaijan and the State of Israel. It is argued that during the early years of independence, Turkey's limited technological capacity and Western arms embargoes prompted Baku to seek reliable international partners to ensure its security and sovereignty. The partnership with Tel Aviv emerged as a vital alternative, facilitating access to advanced military technologies and balancing Armenian lobby pressures in the USA. The study highlights that Azerbaijan's cooperation with Israel has evolved into a multifaceted strategic model encompassing energy projects, security, and innovation. The author concludes that this relationship is characterized by mutual trust and geopolitical alignment, serving as a key factor in regional stability and the enhancement of Azerbaijan's defense capabilities.

Резюме (RU)

В статье анализируются факторы, обусловившие становление и развитие стратегического партнерства между Азербайджанской Республикой и Государством Израиль. Автор обосновывает, что в условиях ограниченности ресурсов Турции в 1990-х годах и действия западных оружейных эмбарго, Баку был вынужден искать альтернативных партнеров для обеспечения национальной безопасности. Сотрудничество с Тель-Авивом позволило Азербайджану диверсифицировать внешнюю политику и получить доступ к высоким технологиям. Особое внимание уделяется роли Израиля в нейтрализации армянского лобби в США и военно-техническом обеспечении. В работе подчеркивается, что современные отношения сторон характеризуются многогранностью, охватывая энергетику, инновации и гуманитарную сферу, что превратило их в модель устойчивого стратегического альянса, отвечающего геополитическим интересам обеих стран.

Açar sözlər: Azərbaycan Respublikası, İsrail Dövləti, İkinci Qarabağ müharibəsi, strateji tərəfdaşlıq, hərbi-texniki əməkdaşlıq

İstinadlar

  1. AzerNews. (2025, avqust 2). Azerbaijan among key candidates for expanded Abraham Accords under Trump initiative.
  2. Azertag. (2024, mart 14). Prezident: biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. (2025, aprel 8). Nazir Ceyhun Bayramovun İsrail Dövlətinin XİN Gideon Saar ilə görüşünə dair mətbuat məlumatı.
  4. BBC Türkce. (2023, aprel 11). İran ve Azerbaycan arasında gerilim neden arttı.
  5. Çalışkan, B. (2018). İsrailin Güney Kafkasya Stratejisi (İNSAMER Araştırma No. 88). İNSAMER.
  6. Hacıyev, H. (2025, iyun 3). Hikmət Hacıyev Türkiyəli jurnalistlərə səsləndi. Tezadlar.az.
  7. İqtisadiyyat Nazirliyi. (2022, oktyabr 10). Azərbaycan İnvestisiya Şirkəti ASC və İ.D.E. Water Assets LTD arasında anlaşma memorandumu imzalanıb.
  8. Jam-News. (2024, noyabr 24). In shadow of the Gaza war: peak in Azerbaijan-Israel relations.
  9. Özdaşlı, E. (2017). İsrailin yeni çevre stratejisinde Güney Kafkasya. Bilig, 82, 175–200.
  10. Pinfold, R. G., & Peters, J. (2021). The limits of Israels periphery doctrine: Lessons from the Caucasus and Central Asia. Mediterranean Politics, 26(1), 25–49.
  11. Ruintən, K. (2022). Azərbaycan-İsrail əməkdaşlığını şərtləndirən amillər. Müdafiə sahəsində əməkdaşlıq. Tarix və onun problemləri, 1, 112–124.
  12. Shaffer, B. (2021, dekabr 3). Israels role in the Second Armenia-Azerbaijan War. Foundation for Defense of Democracies.
  13. Stimson Center. (2025, mart 11). Azerbaijans deepening energy ties with Israel.