NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

İNSTİTUSİONAL AMİLLƏRİN İNVESTİSİYA MÜHİTİNƏ TƏSİRİ: DAŞINMAZ ƏMLAK BAZARI KONTEKSTİNDƏ

THE IMPACT OF INSTITUTIONAL FACTORS ON THE INVESTMENT ENVIRONMENT: IN THE CONTEXT OF REAL ESTATE

İl: 2026 Səhifə: 151-159 Cild: 2026-cı il №2 Cild (135)
PDF Yüklə

Xülasə

Bu tədqiqat daşınmaz əmlak bazarında institusional mühitin investisiya proseslərinə təsirini həm nəzəri yanaşma, həm də empirik müşahidələr əsasında təhlil edir. Araşdırma Yeni İnstitusional İqtisadiyyat çərçivəsinə əsaslanaraq göstərir ki, formal institutlar mülkiyyət hüquqlarının qorunması, tənzimləmə sisteminin keyfiyyəti və hüquqi icranın effektivliyi ilə yanaşı, qeyri-formal amillər də bazar davranış qaydaları, etibarlılıq səviyyəsi və korrupsiya mühiti investisiya qərarlarının formalaşmasında mühüm rol oynayır. Təhlil nəticəsində müəyyən edilir ki, mülkiyyət hüquqlarının aydın və etibarlı şəkildə təmin olunması, tənzimləyici mühitin şəffaflığı və qeydiyyat prosedurlarının sadələşdirilməsi əməliyyat xərclərini azaldır, qeyri-müəyyənliyi minimuma endirir və investor risklərini aşağı salır. Bu isə öz növbəsində daha uzunmüddətli və sabit kapital axınlarının formalaşmasına, həmçinin institusional investorların bazara marağının artmasına şərait yaradır. Ümumiləşdirilmiş nəticə ondan ibarətdir ki, daşınmaz əmlak bazarında dayanıqlı inkişafın təmin olunması üçün institusional çərçivənin təkmilləşdirilməsi çox böyük bir rol oynayır və bu yanaşma qısamüddətli stimullaşdırıcı tədbirlərlə müqayisədə çox daha davamlı və effektiv nəticələr verir. Bununla belə qeyd etmək lazımdır ki, institusional islahatların effektivliyi yalnız formal qaydaların mövcudluğu olması ilə bitmir, həm də onların ardıcıl və şəffaf bir şəkildə tətbiq olunması bu mühiti optimal səviyyəyə gətirəcəkdir. Bu baxımdan tədqiqat göstərir ki, hüquqi çərçivənin keyfiyyəti ilə onun praktiki icrası arasındakı uçurum, xüsusilə, keçid iqtisadiyyatlarında investisiya mühitinin ən kritik zəif nöqtələrindən biri olaraq qalır.

Abstract (EN)

This research examines the impact of the institutional environment on investment processes in the real estate market, based on both theoretical approaches and empirical observations. Drawing on the framework of New Institutional Economics, the study demonstrates that both formal institutions protection of property rights, quality of the regulatory system, and effectiveness of legal enforcement and informal factors rules of market behavior, level of trustworthiness, and the corruption environment play a significant role in shaping investment decisions. The analysis reveals that ensuring clear and reliable protection of property rights, transparency in the regulatory environment, and simplification of registration procedures reduce transaction costs, minimize uncertainty, and lower investor risks. This, in turn, fosters longer-term and more stable capital flows and increases institutional investor interest in the market. The overall conclusion is that strengthening the institutional framework plays a crucial role in achieving sustainable development in the real estate market, yielding far more lasting and effective results compared to short-term incentive measures. However, for institutional reforms to be effective, only official records need to be relevant to mobility, but only if they are implemented consecutively and transparently. In this respect, it shows that the gap between the quality of the legal framework and its practical implementation especially in transitional economies - remains the most critical weak point of the investment environment.

Резюме (RU)

Данное исследование изучает влияние институциональной среды на инвестиционные процессы на рынке недвижимости, опираясь как на теоретические подходы, так и на эмпирические наблюдения. В рамках новой институциональной экономики исследование демонстрирует, что, хотя формальные институты — включая защиту прав собственности, качество системы регулирования и эффективность правоприменения — неформальные факторы, такие как правила поведения рынка, уровень надежности и коррупционная среда, также играют значительную роль в формировании инвестиционных решений. Анализ показывает, что обеспечение четкой и надежной защиты прав собственности, прозрачность в нормативно-правовой среде и упрощение процедур регистрации снижают транзакционные издержки, минимизируют неопределенность и уменьшают риски для инвесторов. Это, в свою очередь, способствует более долгосрочным и стабильным потокам капитала и повышает интерес институциональных инвесторов к рынку. Общий вывод заключается в том, что развитие институциональной среды играет решающую роль в достижении устойчивого развития рынка недвижимости, и этот подход дает гораздо более долгосрочные и эффективные результаты по сравнению с краткосрочными мерами стимулирования. Однако для того, чтобы институциональные реформы были эффективными, достаточно, чтобы официальные документы имели отношение к мобильности, но только при условии их последовательного и прозрачного внедрения. В этом отношении становится ясно, что разрыв между качеством правовой базы и ее практическим применением – особенно в странах с переходной экономикой – остается наиболее критическим слабым местом инвестиционной среды.

Açar sözlər: institusional iqtisadiyyat, daşınmaz əmlak bazarı, investisiya mühiti, əmlak hüquqları, əməliyyat xərcləri

İstinadlar

  1. Reyman, K., & Maier, G. (2022). Institutional Factors and the Timing of Land Development: A Survival Analysis Applied to the GZM Metropolis in Poland. Journal of European Real Estate Research.
  2. Di Giorno, S., Dileo, I., & Busato, F. (2024). Shades of Grand Corruption Among Allocative Efficiency and Institutional Settings: The Case of Italy. Socio-Economic Planning Sciences, 93, 101911.
  3. ABŞ Dövlət Departamenti. (2025). 2025 Investment Climate Statement: Azerbaijan.
  4. Agboola, A.O. (2014). International Real Estate Investment: A Note on the Institutionally Contingent Nature of the Real Estate Market. Journal of International Real Estate and Construction Studies, 4(1), 23–35. ISSN: 2153-6813.
  5. Agboola, A.O. (2015). Neoclassical Economics and New Institutional Economics: An Assessment of their Methodological Implication for Property Market Analysis.
  6. Besley, T., & Ghatak, M. (2010). Property Rights and Economic Development. Handbook of Development Economics, Vol. 5, pp. 4525–4595. Elsevier.
  7. Chu, J., Tong, D., Wu, H., & Zhang, Y. (2026). Modelling the City Choices of Real Estate Developers in China. Land Use Policy, 167, 108051.
  8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR). (2024).
  9. Devaney, S., Livingstone, N., McAllister, P., & Nanda, A. (2017). Institutional convergence in real estate markets: a comparative study of brokerage models and transaction costs. Journal of Real Estate Literature, 25(1), pp. 169–188
  10. Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX). (2024).
  11. Glaeser, E.L., Gyourko, J., & Saks, R. (2005). Why is Manhattan So Expensive? Regulation and the Rise in House Prices. NBER Working Paper No. 10124.
  12. Lieser, K., & Groh, A.P. (2014). The Determinants of International Commercial Real Estate Investment. Journal of Real Estate Finance and Economics, 48(4)
  13. Strategic Research Centre. (2022).