MÜHARİBƏ VETERANLARININ SOSİAL REABİLİTASİYASI VƏ İQTİSADİ TƏMİNATINDA GÖRÜLƏN İŞLƏRİN TƏHLİLİ
ANALYSIS OF THE WORK ON SOCIAL REHABILITATION AND ECONOMIC PROVISION OF WAR VETERANS
PDF YükləXülasə
Azərbaycanda müharibə veteranlarının sosial və iqtisadi təminatı dövlətin mühüm prioritetlərindən biridir. Xüsusilə, Vətən müharibəsindən sonra veteranların cəmiyyətə inteqrasiyası, məşğulluğu və sosial rifahının artırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. Bu sahədə həyata keçirilən əsas layihələr arasında mənzil və avtomobillərin verilməsi, yüksək texnologiyalı protezlərlə təminat, özünüməşğulluq proqramları, həmçinin Prezident təqaüdləri və vergi güzəştləri kimi iqtisadi dəstək mexanizmləri xüsusi diqqət çəkir. Müharibə veteranlarının psixoloji dəstəyi sahəsində isə dövlət tərəfindən yeni reabilitasiya mərkəzləri yaradılmış, lakin xüsusən regionlarda bu xidmətlərin qeyri-bərabər paylanması və psixoloq çatışmazlığı kimi ciddi problemlər qalmaqdadır. Eyni zamanda əlillik statusu ala bilməyən qazilərin təminat problemləri, məşğulluq proqramlarında mövcud bürokratik maneələr, eləcə də sosial ödənişlərin real həyat şərtlərinə uyğun olmaması veteranların qarşılaşdığı əsas çətinliklər arasındadır. Problemlərin həlli üçün beynəlxalq təcrübənin mənimsənilməsi, ictimai məlumatlılığın artırılması, sosial müdafiəyə ayrılan vəsaitlərin artırılması və məşğulluq proqramlarının bürokratik prosedurlarının sadələşdirilməsi kimi addımların atılması zəruridir. Bu istiqamətdəki dövlət siyasətinin effektivliyi veteranların sosial rifahını yüksəltməklə yanaşı, ölkədə ümumi sosial sabitliyi və milli həmrəyliyi möhkəmləndirir.
Abstract (EN)
The social and economic support of war veterans is one of the key priorities of Azerbaijan’s state policy. Particularly after the Patriotic War, comprehensive measures have been taken to integrate veterans into society, ensure their employment, and improve their social welfare. Among the main projects implemented are the provision of housing and vehicles, high-tech prosthetics, self-employment programs, as well as economic support mechanisms such as presidential scholarships and tax benefits. In the field of psychological support, new rehabilitation centers have been established; however, significant challenges remain, including the uneven distribution of these services across regions and a shortage of qualified psychologists. Additionally, key difficulties faced by veterans include medical provision issues for those who have not obtained disability status, bureaucratic obstacles in employment programs, and insufficient alignment of social payments with real living conditions. To address these issues, it is necessary to adopt international experience, raise public awareness, increase funding for social protection, and simplify bureaucratic procedures in employment programs. The effectiveness of this state policy not only enhances veterans’ social welfare but also strengthens overall social stability and national solidarity.
Резюме (RU)
Социальная и экономическая поддержка военных ветеранов является одним из важнейших приоритетов государственной политики Азербайджана. В особенности, после Отечественной войны были приняты комплексные меры по интеграции ветеранов в общество, обеспечению их занятости и повышению их социального благополучия. Среди ключевых реализованных проектов можно выделить предоставление жилья и автомобилей, обеспечение высокотехнологичными протезами, программы самозанятости, а также экономические меры поддержки, такие как президентские стипендии и налоговые льготы. В сфере психологической поддержки ветеранов были созданы новые реабилитационные центры, однако одной из серьезных проблем остается их неравномерное распределение по регионам, а также нехватка квалифицированных психологов. Кроме того, среди основных трудностей ветеранов можно отметить проблемы с медицинским обеспечением у тех, кто не получил статус инвалида, бюрократические препятствия в программах занятости, а также недостаточную корреляцию социальных выплат с реальными условиями жизни. Для решения этих проблем необходимо учитывать международный опыт, повышать уровень общественной осведомленности, увеличивать финансирование социальной защиты и упрощать бюрократические процедуры в программах занятости. Эффективность данной государственной политики не только способствует повышению благосостояния ветеранов, но и укрепляет общественную стабильность и национальную солидарность.
İstinadlar
- “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi. (n.d.). Dövlət Məşğulluq Agentliyi. Dövlət Məşğulluq Agentliyi
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə heyəti Ankara şəhərində səfərdə olub. (n.d.). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi. DTSERA
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib. (n.d.). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi. DTSERA
- Mehdiyev, E. (2020). Psychological and psychiatric aspects of rehabilitation participants in the Karabakh war. European Psychiatry, 63(S1).
- Mehralızadə, F. (n.d.). Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi. Baku Research Institute. Baku Research Institute
- Memmedli, T. (2025). Revival and resilience: Social-psychological dimensions of the return to liberated Karabakh. Acta Globalis Humanitatis et Linguarum, 2(1), 175–189.
- Mezghiche S. (2025). The Criminal Behavior: exploring personal and social determinants: theoretical approach. Science, Education and Innovations in the Context of Modern Problems, 8(3), 962-981.
- Məhərrəmov, V. (n.d.). Azərbaycanda şəhid ailələrinin sosial təminatı daim dövlətin diqqətindədir. Azerbaijan News. Azerbaijan News
- Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb. (n.d.). Milli Məclis. Milli Məclis
- Müharibə veteranları üçün sosial hüquqlar və vergi güzəştləri. (n.d.). Oxu.az. Oxu.az
- Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü. (n.d.). Dövlət Sosial Müdafiə Fondu. Dövlət Sosial Müdafiə Fondu
- Ouis A; Akram Ch; Yasmine A. (2026). The Effectiveness of the Elite in the Process of Social Transformation: A Sociological Approach. Science, Education and Innovations in the Context of Modern Problems, 9(2), 1-7.
- PAŞA Sığorta şirkəti şəhid və qazi ailə üzvlərinin sosial reabilitasiyası üçün nəzərdə tutulmuş layihəyə dəstək oldu. (n.d.). PAŞA Sığorta
- Reabilitasiya mərkəzində müharibə veteranları ilə birgə ağacəkmə aksiyası keçirilib. (n.d.). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi. DTSERA
- Rüstəmov, İ. (n.d.). Psixoanalitik müharibə veteranlarının travmasının reabilitasiyası qaydalarını açıqlayıb. Report.az. Report.az
- Sivkov, S. (2025). International experience of war veterans’ reintegration. Visegrad Journal on Human Rights.
- Şağan Reabilitasiya Pansionatına mediatur təşkil edilib. (n.d.). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi. DTSERA
- Şağan Reabilitasiya Pansionatının direktoru: Müalicə kursu keçən əlilləri hər cür qayğı ilə əhatə etməyə çalışırıq. (n.d.). AzərTAc. AzərTAc
- Şəhid ailələri və müharibə iştirakçılarına dəstək yönümlü 249 min xidmət göstərilib. (n.d.). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi. DTSERA
- Şəhid ailələri və müharibə veteranları yüksək diqqət və qayğı ilə əhatə olunublar. (n.d.). AzərTAc. AzərTAc
- Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. (n.d.). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi. DTSERA
- Şəhidlər, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması böyük əhəmiyyət kəsb edir. (n.d.). Yeni Azərbaycan. Yeni Azərbaycan