AZƏRBAYCAN RESPUBLİKASINDA SON ONİLLİYİN ƏSAS SOSİAL İSLAHATLARI
MAIN SOCIAL REFORMS IN THE REPUBLIC OF AZERBAIJAN OVER THE LAST DECADE
PDF YükləXülasə
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra iqtisadi və sosial sahələrdə inkişafa nail olmaq üçün əhəmiyyətli islahatlar aparmışdır. Təhsil, səhiyyə, sosial təminat və sosial yardım istiqamətlərində aparılan islahatlar daha da gücləndirilmiş, əhalinin sosial rifahının artırılması istiqamətində sosial qurumların iş fəaliyyətinə yenidən baxılmışdır. Mövzunun aktuallığı səbəbindən tədqiqatın aparılması əhəmiyyətlidir və məqalənin əsas məqsədi, son onillikdə sosial inkişaf sahəsində baş verən islahatların ətraflı tədqiqidir. Təsadüfi deyil ki, sosial inkişaf üzrə statistik göstəricilər əsasında aparılmış müqayisələr Azərbaycanın MDB ölkələri arasında ilk sıralarda olduğunu sübut edir. Buna əsas səbəb kimi qəbul edilmiş müxtəlif sosial islahatlar, dövlət proqramları, həmçinin mövcud və yeni əsası qoyulmuş qurumlar və onların fəaliyyətlərini göstərmək olar. Məqalədə müxtəlif rəsmi qurumların hesabatları və digər əsas mənbələrdən götürülmüş məlumatlar əsasında son onilliyin statistik göstəriciləri araşdırılmış və Azərbaycan Respublikasında sosial inkişaf müxtəlif nümunələrlə tədqiq edilmişdir. Nəticə etibarilə, məqalə Azərbaycanda həyata keçirilən sosial siyasət tədbirlərin dayanıqlı inkişafın təmin olunmasında, sosial ədalətin gücləndirilməsində və əhalinin rifah səviyyəsinin yüksəldilməsində böyük rolu olduğunu əks etdirir.
Abstract (EN)
After gaining independence, the Republic of Azerbaijan carried out significant reforms to achieve development in the economic and social spheres. Reforms implemented in the fields of education, healthcare, social security, and social assistance have been further strengthened, and the activities of social institutions have been reconsidered with the aim of improving the social welfare of the population. Due to the relevance of the topic, conducting this research is important, and the main objective of the article is a detailed study of the reforms that have taken place in the field of social development over the last decade. It is not coincidental that comparisons based on statistical indicators of social development prove that Azerbaijan ranks among the leading countries of the CIS. The main reasons for this include various social reforms, state programs, as well as existing and newly established institutions and their activities. The article examines the statistical indicators of the last decade based on reports from various official institutions and other key sources, and studies social development in the Republic of Azerbaijan through different examples. As a result, the article reflects that the social policy measures implemented in Azerbaijan play a significant role in ensuring sustainable development, strengthening social justice, and improving the welfare of the population.
Резюме (RU)
После обретения независимости Азербайджанская Республика провела значительные реформы для достижения развития в экономической и социальной сферах. Реформы в области образования, здравоохранения, социального обеспечения и социальной помощи были дополнительно усилены, а деятельность социальных институтов пересмотрена с целью повышения социального благосостояния населения. В связи с актуальностью темы проведение данного исследования имеет важное значение, а основной целью статьи является подробное изучение реформ, произошедших в сфере социального развития за последнее десятилетие. Не случайно, что сравнительный анализ, проведённый на основе статистических показателей социального развития, доказывает, что Азербайджан занимает ведущие позиции среди стран СНГ. Основными причинами этого являются различные социальные реформы, государственные программы, а также существующие и вновь созданные учреждения и их деятельность. В статье на основе отчетов различных официальных органов и других ключевых источников исследованы статистические показатели последнего десятилетия и рассмотрено социальное развитие Азербайджанской Республики на различных примерах. В результате статья отражает, что реализуемые в Азербайджане меры социальной политики играют важную роль в обеспечении устойчивого развития, укреплении социальной справедливости и повышении уровня благосостояния населения.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyi (2020). Sosial layihə - 1.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. (2017). Hesabat. Bakı, Azərbaycan.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. (2025). Hesabat. Bakı, Azərbaycan.
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi. (2021). Strateji plan (2022-2024). Bakı, Azərbaycan.
- Azərbaycan Respublikasının Prezidenti. (2021, 2 fevral). “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
- DOST Agentliyi. (2025, oktyabr). Bülleten (No. 19).
- E-Qanun. (2021). “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
- Interstate Statistical Committee of the Commonwealth of Independent States. (2026). Gross domestic product (current prices; millions of national currency units) statistics.
- Məmmədova, S. (2017). Azərbaycanda sosial dövlətin formalaşmasının nəzəri-ideoloji əsasları. Dövlət və Din, 53(6), noyabr-dekabr.
- Mirzakarimova, M. M. (2023). Some issues of the development of the social state in the CIS countries. JournalNX, 9(4).
- Rəcəbli, H. (2012). Azərbaycan Respublikasının sosial müdafiə sistemi: Ali məktəblər üçün dərs vəsaiti. Bakı, Azərbaycan.