QAZAX-TOVUZ İQTİSADİ RAYONUNDA MƏŞĞULLUĞUN ARTIRILMASI VƏ İŞSİZLİYİN ARADAN QALDIRILMASININ İQTİSADİ-COĞRAFİ İSTİQAMƏTLƏRİ
ECONOMIC AND GEOGRAPHICAL DIRECTIONS FOR INCREASING EMPLOYMENT AND REDUCING UNEMPLOYMENT IN THE GAZAKH–TOVUZ ECONOMIC REGION
PDF YükləXülasə
Məqalədə Azərbaycan Respublikasında regionlararası sosial-iqtisadi disproporsiyalar fonunda Qazax-Tovuz iqtisadi rayonunda işsizliyin azaldılmasının iqtisadi-coğrafi istiqamətləri araşdırılır. Tədqiqatın məqsədi regionun iqtisadi-coğrafi mövqeyi, tranzit funksiyası, aqrar potensialı və əmək ehtiyatları ilə məşğulluq səviyyəsi arasındakı qarşılıqlı əlaqəni elmi əsaslarla təhlil etməkdir. Araşdırmada rəsmi statistik məlumatların təhlili, müqayisəli və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Bununla yanaşı, regional inkişaf proqramları, dövlət strategiyaları və iqtisadi rayonlaşma ilə bağlı normativ sənədlər də tədqiqatın nəzəri-metodoloji bazasını təşkil edir. Təhlilin nəticələri göstərir ki, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, aqrosənaye klasterlərinin formalaşdırılması və logistika infrastrukturunun genişləndirilməsi Qazax-Tovuz iqtisadi rayonunda dayanıqlı məşğulluğun təmin edilməsində əsas iqtisadi-coğrafi amillər kimi çıxış edir. Eyni zamanda, regionun sərhəd mövqeyi, tranzit imkanları və kənd təsərrüfatı resursları iqtisadi fəaliyyətin şaxələndirilməsi üçün əlverişli şərait yaradır. Məqalədə həmçinin regionda mövcud olan struktur disbalanslar, əmək bazarının xüsusiyyətləri və məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilə biləcək tədbirlər təhlil edilir.Aparılan araşdırmalar göstərir ki, regional potensialın səmərəli istifadəsi, kiçik və orta sahibkarlığın inkişafı, aqrar emal sənayesinin genişləndirilməsi və nəqliyyat-logistika xidmətlərinin gücləndirilməsi Qazax-Tovuz iqtisadi rayonunda işsizliyin azaldılmasına və dayanıqlı regional inkişafın təmin edilməsinə mühüm töhfə verə bilər.
Abstract (EN)
The article examines the economic-geographical directions for reducing unemployment in the Gazakh–Tovuz economic region against the background of interregional socio-economic disparities in the Republic of Azerbaijan. The purpose of the research is to scientifically analyze the relationship between the region’s economic-geographical position, transit function, agrarian potential, labor resources, and the level of employment. The study is based on the analysis of official statistical data and employs comparative and systematic research methods. In addition, regional development programs, state strategies, and regulatory documents related to economic zoning constitute the theoretical and methodological framework of the research. The results of the analysis indicate that the development of international transport corridors, the formation of agro-industrial clusters, and the expansion of logistics infrastructure act as key economic-geographical factors in ensuring sustainable employment in the Gazakh–Tovuz economic region. At the same time, the region’s border location, transit opportunities, and agricultural resources create favorable conditions for the diversification of economic activities. The article also analyzes existing structural imbalances in the region, the characteristics of the labor market, and possible measures aimed at increasing employment opportunities. The research concludes that the effective use of regional potential, the development of small and medium-sized enterprises, the expansion of agro-processing industries, and the strengthening of transport and logistics services can significantly contribute to reducing unemployment and ensuring sustainable regional development in the Gazakh–Tovuz economic region.
Резюме (RU)
В статье исследуются экономико-географические направления снижения безработицы в Газах-Товузском экономическом районе на фоне межрегиональных социально-экономических диспропорций в Азербайджанской Республике. Цель исследования заключается в научном анализе взаимосвязи между экономико-географическим положением региона, его транзитной функцией, аграрным потенциалом, трудовыми ресурсами и уровнем занятости населения. Исследование основано на анализе официальных статистических данных с применением сравнительного и системного методов. Кроме того, региональные программы развития, государственные стратегии и нормативные документы, связанные с экономическим районированием, составляют теоретико-методологическую основу исследования. Результаты анализа показывают, что развитие международных транспортных коридоров, формирование агропромышленных кластеров и расширение логистической инфраструктуры выступают ключевыми экономико-географическими факторами обеспечения устойчивой занятости в Газах-Товузском экономическом районе. Одновременно пограничное положение региона, его транзитные возможности и сельскохозяйственные ресурсы создают благоприятные условия для диверсификации экономической деятельности. В статье также анализируются существующие структурные дисбалансы региона, особенности рынка труда и возможные меры по расширению возможностей занятости. Проведенное исследование показывает, что эффективное использование регионального потенциала, развитие малого и среднего предпринимательства, расширение агроперерабатывающей промышленности, а также укрепление транспортно-логистических услуг могут существенно способствовать снижению безработицы и обеспечению устойчивого регионального развития в Газах-Товузском экономическом районе.
İstinadlar
- Azərbaycan Respublikası Prezidenti. (2021, 7 iyul). Azərbaycan regionlarının yeni iqtisadi rayonlara bölünməsi haqqında sərəncam.
- Azərbaycan Respublikası. (2019). Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019–2023).
- Azərbaycan Respublikası. (2019). Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014–2018-ci illər) icrasının yekunları.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. (2024). Azərbaycanın regionları.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. (2025). 2025-ci ilin yanvar–mart ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri və sosial sektor hesabatı.
- İmrani, Z. T., & Zeynalova, K. Z. (2014). Azərbaycanda təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri. Nafta-Press, 232 s.
- Krugman, P. (1991). Geography and trade. MIT Press. 142 s.
- Nağıyev, S. Q. (2009). Региональные особенности территориальной подвижности населения Азербайджана. Статьи Азербайджанского географического общества, 14, 230–234 s.
- OECD. (2020). Regional development policy and multilevel governance. OECD Publishing.
- Porter, M. E. (1998). Clusters and the new economics of competition. Harvard Business Review, 76(6), 77–90.
- Storper, M. (2013). Keys to the city: How economics, institutions, social interaction and politics shape development. Princeton University Press. 355 s.
- World Bank. (2021). World development report 2021: Data for better lives. World Bank.