NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

KREATİV-YARADICI TURİZMİN İQTİSADİ-COĞRAFİ EFFEKTİVLİYİNİN NƏZƏRİ PARADİQMASI

THEORETICAL PARADIGM OF THE ECONOMIC AND GEOGRAPHICAL EFFICIENCY OF CREATIVE TOURISM

İl: 2026 Səhifə: 101-105 Cild: 2026-cı il №2 Cild (135)
PDF Yüklə

Xülasə

Bu məqalədə kreativ-yaradıcı turizmin müasir turizm sistemində formalaşan alternativ inkişaf modeli kimi iqtisadi və coğrafi effektivliyi nəzəri müstəvidə təhlil olunur. Qloballaşma, mədəni homogenləşmə və kütləvi turizmin mənfi təsirləri fonunda kreativ turizm turistlərə ziyarət edilən məkanın mədəni, bədii və sosial mühitinə fəal şəkildə inteqrasiya olunmaq imkanı yaradan dayanıqlı yanaşma kimi ön plana çıxır. Bu turizm növü ənənəvi “istehlakçı–məkan” münasibətlərindən fərqli olaraq, turistləri birgə yaradıcılıq prosesinin iştirakçısına çevirir və “yaşayan mədəniyyət” anlayışını praktik səviyyədə reallaşdırır. Tədqiqatın nəticələri göstərir ki, kreativ turizm nisbətən az maliyyə sərmayəsi ilə innovativ və təcrübə əsaslı turizm məhsullarının formalaşdırılmasına imkan verir. Yerli sənətkarlıq, kulinariya, musiqi, folklor və yaradıcı ustad dərsləri kimi fəaliyyətlər vasitəsilə kiçik sahibkarlıq subyektləri üçün yeni gəlir mənbələri yaranır, yerli icmaların turizm prosesində fəal iştirakı təmin olunur və məşğulluq səviyyəsi yüksəlir. Bu isə turizmin iqtisadi səmərəliliyini yalnız gəlir artımı ilə deyil, sosial dəyər və inklüziv inkişaf prizmasından qiymətləndirməyə imkan verir. Coğrafi baxımdan kreativ turizm turizm fəaliyyətinin məkan üzrə balanslı yayılmasına töhfə verir. Ənənəvi turizm marşrutlarından kənarda qalan kənd və periferiya əraziləri özünəməxsus yaradıcılıq resursları hesabına turizm dövriyyəsinə cəlb olunur, regional inkişaf fərqlərinin azalmasına şərait yaranır. Eyni zamanda, kreativ turizm fəaliyyətlərinin mövsümdən nisbətən az asılı olması ilboyu turizm axınının formalaşmasına imkan yaradır. Nəticə etibarilə, kreativ-yaradıcı turizm iqtisadi, sosial və məkan aspektlərini birləşdirən, dayanıqlı regional inkişaf üçün yüksək potensiala malik müasir nəzəri paradiqma kimi qiymətləndirilə bilər.

Abstract (EN)

This article theoretically examines the economic and geographical efficiency of creative tourism as an alternative development model emerging within the contemporary tourism system. Against the background of globalization, cultural homogenization, and the negative impacts of mass tourism, creative tourism comes to the forefront as a sustainable approach that enables tourists to actively integrate into the cultural, artistic, and social environment of the visited destination. Unlike traditional “consumer–place” relationships, this form of tourism transforms tourists into participants in a process of co-creation and translates the concept of “living culture” into practice. The findings indicate that creative tourism enables the development of innovative, experience-based tourism products with relatively low financial investment. Through activities such as local craftsmanship, gastronomy, music, folklore, and creative workshops, new income opportunities emerge for small-scale entrepreneurs, active participation of local communities in the tourism process is ensured, and employment levels increase. This allows the economic efficiency of tourism to be assessed not solely in terms of revenue growth, but also from the perspective of social value and inclusive development. From a geographical perspective, creative tourism contributes to a more balanced spatial distribution of tourism activities. Rural and peripheral areas that lie outside traditional tourism routes can be integrated into the tourism economy through their unique creative resources, thereby helping to reduce regional development disparities. At the same time, the relatively low dependence of creative tourism activities on seasonality facilitates the formation of year-round tourism flows. Consequently, creative tourism can be regarded as a modern theoretical paradigm with high potential for sustainable regional development, integrating economic, social, and spatial dimensions.

Резюме (RU)

В данной статье с теоретической точки зрения рассматривается экономическая и географическая эффективность креативного туризма как альтернативной модели развития, формирующейся в современной туристской системе. На фоне глобализации, культурной гомогенизации и негативных последствий массового туризма креативный туризм выдвигается на передний план как устойчивый подход, позволяющий туристам активно интегрироваться в культурную, художественную и социальную среду посещаемой территории. В отличие от традиционных отношений типа «потребитель–место», данная форма туризма превращает туристов в участников процесса совместного творчества и реализует на практике концепцию «живой культуры». Результаты исследования показывают, что креативный туризм способствует формированию инновационных, ориентированных на опыт туристских продуктов при относительно низких финансовых затратах. Посредством таких видов деятельности, как местное ремесленничество, гастрономия, музыка, фольклор и творческие мастер-классы, создаются новые источники дохода для субъектов малого предпринимательства, обеспечивается активное участие местных сообществ в туристском процессе и повышается уровень занятости. Это позволяет оценивать экономическую эффективность туризма не только с точки зрения роста доходов, но и через призму социальной ценности и инклюзивного развития. С географической точки зрения креативный туризм способствует более сбалансированному пространственному распределению туристской деятельности. Сельские и периферийные территории, находящиеся вне традиционных туристских маршрутов, могут быть вовлечены в туристскую экономику за счёт своих уникальных творческих ресурсов, что способствует снижению региональных диспропорций развития. Одновременно относительно низкая зависимость креативного туризма от сезонности создаёт условия для формирования круглогодичных туристских потоков. В итоге креативный туризм может рассматриваться как современная теоретическая парадигма с высоким потенциалом устойчивого регионального развития, объединяющая экономические, социальные и пространственные измерения.

Açar sözlər: kreativ turizm, iqtisadi effektivlik, coğrafi effektivlik, dayanıqlı turizm, mədəni irs, regional inkişaf

İstinadlar

  1. Abbasov, R. Ş. (2020). Kreativ iqtisadiyyat və innovasiyalar: nəzəriyyə və praktika. Bakı: Elm. 256 s.
  2. Florida, R. (2002). The Rise of the Creative Class. New York: Basic Books. 404 p.
  3. Həsənov, A. B. (2021). Azərbaycanda turizmin inkişaf perspektivləri. Bakı: BDU nəşriyyatı. 280 s.
  4. Lazzeretti, L. (Ed.). (2013). Creative Industries and Innovation in Europe. Routledge. 312 p.
  5. Musterd, S., & Murie, A. (Eds.). (2010). Making Competitive Cities. Oxford: Wiley-Blackwell. 368 p.
  6. OECD. (2022). Tourism Policy Responses to the Coronavirus: Rebuilding Tourism for the Future. Paris: OECD Publishing.
  7. Raymond, C. (2007). Creative tourism New Zealand. In G. Richards & J. Wilson (Eds.), Tourism, Creativity and Development (pp. 145–157). Routledge.
  8. Richards, G., & Wilson, J. (2006). Developing creativity in tourist experiences: A solution to the serial reproduction of culture? Tourism Management, 27(6), 1209–1223.
  9. UNESCO. (2021). Rethinking Our Legacies: Sustainable Futures for Cultural Heritage. Paris: UNESCO. 98 p.
  10. UNWTO. (2023). Tourism and Culture: A Global Report. Madrid: World Tourism Organization. 186 p.