MÖVLUD SÜLEYMANLININ “CEVİZ QURDU” ROMANINDA LEKSİK-SEMANTİK VAHİDLƏR
LEXICAL-SEMANTIC UNITS IN MOVLUD SULEYMANLI'S NOVEL “JEVIZ GURDU”
PDF YükləXülasə
Mövlud Süleymanlının bütün yaradıcılığı boyunca leksik-semantik söz qruplarının istifadəsi ilə Azərbaycan ədəbi dilinin ifadə imkanlarının zənginliyi müşahidə edilir. Müəllif dil vahidlərini bir araya gətirməklə onların məna sərhədlərini aşır və bədii üsluba emosional, ekspressiv və məna dərinliyi qazandırır. Onun sinonim, antonim, omonim və çoxmənalı sözlərlərlə zəngin ədəbi dili təkcə estetikliyi ilə seçilmir, həm də müəllifin obrazlara, əsərdə baş verən hadisələrə və obrazlar vasitəsilə insanın daxili dünyasına baxışını şərtləndirir. Məqalədə Mövlud Süleymanlının “Ceviz Qurdu” romanının leksik-semantik xüsusiyyətləri araşdırılır. Tədqiqatda əsərin dilində işlədilən sinonim, antonim, omonim və çoxmənalı sözlər seçilərək onların semantik funksiyaları təhlil olunur. Tədqiqata cəlb edilən sinonim lesik-semantik vahidlər əlamət, hal-vəziyyət, məfhum, məkan, hərəkət; eləcə də antonim vahidlər şəxs-əlamət, hal-vəziyyət, məfhum, məkan, hərəkət kimi müxtəlif semantik qruplar üzrə sistemləşdirilmişdir. Araşdırma göstərir ki, müəllif dilin ifadə imkanlarından istifadə edərək obrazların daxili dünyasını, psixoloji vəziyyətini və mühit təsvirlərini daha təsirli şəkildə təqdim edir. Nəticədə əsərin bədii-estetik dəyərinin formalaşmasında leksik-semantik vasitələrin mühüm rolu olduğu müəyyən edilir.
Abstract (EN)
The use of lexical-semantic word groups throughout Movlud Suleymanli's entire creative work reflects the richness of the expressive possibilities of the Azerbaijani literary language. By bringing together linguistic units, the author transcends their boundaries of meaning and gives the artistic style emotional, expressive and meaningful depth. His literary language, rich in synonyms, antonyms, homonyms and polysemous words, is distinguished not only by its aesthetics, but also determines the author's view of the images, events occurring in the work and the inner world of man through images. The article examines the lexical-semantic features of Movlud Suleymanli's novel “Jeviz Gurdu” (The Walnut Worm). The study selects synonyms, antonyms, homonyms and polysemous words used in the language of the work and analyzes their semantic functions. The synonymous lexical-semantic units involved in the study are sign, state-condition, concept, place, action; as well as antonym units are systematized into various semantic groups such as person-sign, state-condition, concept, place, action. The research shows that the author uses the expressive capabilities of language to present the inner world of the characters, their psychological state, and descriptions of the environment more effectively. As a result, it is determined that lexical-semantic means play an important role in the formation of the artistic and aesthetic value of the work.
Резюме (RU)
Использование лексико-семантических словосочетаний на протяжении всего творчества Мовлуда Сулейманли отражает богатство выразительных возможностей азербайджанского литературного языка. Объединяя языковые единицы, автор выходит за рамки их значений и придает художественному стилю эмоциональную, выразительную и содержательную глубину. Его литературный язык, богатый синонимами, антонимами, омонимами и многозначными словами, отличается не только своей эстетикой, но и определяет авторское восприятие образов, событий, происходящих в произведении, и внутреннего мира человека через образы. В статье рассматриваются лексико-семантические особенности романа Мовлуда Сулейманли «Джевиз гурду» (Ореховый червь). В исследовании отбираются синонимы, антонимы, омонимы и многозначные слова, используемые в языке произведения, и анализируются их семантические функции. В число синонимичных лексико-семантических единиц, рассматриваемых в исследовании, входят знак, состояние-условие, понятие, место, действие; А также антонимы систематизированы в различные семантические группы, такие как лицо-знак, состояние-условие, понятие, место, действие. Исследование показывает, что автор использует выразительные возможности языка для более эффективного представления внутреннего мира персонажей, их психологического состояния и описания окружающей среды. В результате установлено, что лексико-семантические средства играют важную роль в формировании художественно-эстетической ценности произведения.
İstinadlar
- Aslanova, M. (2019). Aşıq Ələsgərin şeirlərində işlənən omonim və çoxmənalı sözlər. Elmi iş, 47(8), 56–59.
- Babayeva, E. (2019). Mövlud Süleymanlı nəsrinin poetikası. Poetika.izm(1), 40–45.
- Bədəlova, A. (2025). Azərbaycan dilinin üslubi imkanlarının müxtəlifliyi. Azərbaycan dili və ədəbiyyat tədrisi, 71(4), 119–126.
- Xəlilov, B. (2008). Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan. 442 s.
- Nəsimi Adına Dilçilik İnstitutu, AMEA. (2006). Azərbaycan Dilinin İzahlı Lüğəti (4 cilddə, c. 4). Bakı: Şərq-Qərb. 712 s.
- Nəsimi Adına Dilçilik İnstitutu, AMEA. (2006). Azərbaycan Dilinin İzahlı Lüğəti (4 cilddə, c. 3). Bakı: Şərq-Qərb. 672 s.
- Süleymanlı, M. (2004). Üç roman: Köç, Ceviz qurdu, Səs. Bakı: Azərbaycan nəşriyyatı. 584 s.
- Süleymanlı, M. (2018). Üzü Sənə (Mənə yazılanlar) (2 cilddı, c. 1). Bakı: Khazar University Press. 384 s.
- Yusifoğlu, R. (2024). Seçilmiş əsərləri (20 cilldə, c. 16). Bakı: ADPU nəşriyyatı. 512 s.