MİFOLOJİ DÜŞÜNCƏNİN ƏDƏBİYYATA ESTETİK TRANSFORMASİYASI
THE AESTHETIC TRANSFORMATION OF MYTHOLOGICAL THINKING IN LITERATURE
PDF YükləXülasə
Mifoloji düşüncə bəşəriyyətin ilkin dünyagörüş forması kimi ədəbiyyatın yaranması və inkişafında mühüm rol oynamışdır. Müasir humanitar elmlərdə mif və ədəbiyyat münasibətlərinin yenidən nəzərdən keçirilməsi bu sahədə nəzəri araşdırmaların aktuallığını artırmışdır. Tədqiqatın əsas məqsədi mifoloji düşüncənin ədəbi mətndə keçirdiyi funksional, semantik və estetik transformasiyanı müəyyənləşdirmək, onun müasir ədəbi diskursdakı rolunu sistemli şəkildə təhlil etməkdir. Araşdırma zamanı müqayisəli-tipoloji analiz, struktur-semantik təhlil və intertekstual yanaşma metodlarından istifadə olunmuşdur. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, mif ədəbiyyatda yalnız süjet, motiv və obraz mənbəyi kimi deyil, həm də mətnin dərin strukturunu formalaşdıran arxetipik model və mənayaratma mexanizmi kimi çıxış edir. Klassik ədəbiyyatda mif daha çox sakral və simvolik funksiya daşıdığı halda, postmodern ədəbiyyatda dekonstruktiv və ironik kontekst qazanır. Bununla belə, hər iki mərhələdə mif mədəni yaddaşın qorunması və yenidən interpretasiyası vasitəsi kimi ortaya çıxır. Eyni zamanda, mifoloji strukturların yenidən işlənməsi ədəbi mətndə zaman və məkan kateqoriyalarının şərti xarakterini üzə çıxarır. Bu isə müəllifin fərdi poetikasının formalaşmasına və oxucu ilə yeni semantik münasibətin qurulmasına şərait yaradır. Nəticə etibarilə mifoloji düşüncə ədəbi mətndə transformasiya olunaraq yeni estetik keyfiyyətlər qazanır və müəllif interpretasiyası vasitəsilə çoxqatlı semantik sistem formalaşdırır.
Abstract (EN)
Mythological thinking, as one of the earliest forms of human worldview, has played a significant role in the emergence and development of literature. In contemporary humanities, the reconsideration of the relationship between myth and literature has increased the relevance of theoretical research in this field. The main objective of this study is to identify the functional, semantic, and aesthetic transformation of mythological thinking within literary texts and to systematically analyze its role in modern literary discourse. The research employs comparative-typological analysis, structural-semantic analysis, and an intertextual approach. The findings reveal that myth functions in literature not only as a source of plot, motifs, and imagery, but also as an archetypal model and a mechanism of meaning-making that shapes the deep structure of the text. While in classical literature myth primarily carries a sacred and symbolic function, in postmodern literature it acquires a deconstructive and ironic context. Nevertheless, in both stages myth serves as a means of preserving and reinterpreting cultural memory. Furthermore, the reworking of mythological structures exposes the conventional nature of temporal and spatial categories in literary texts, contributing to the formation of the author’s individual poetics and establishing a new semantic relationship with the reader. Consequently, mythological thinking undergoes transformation within literary discourse, gaining new aesthetic qualities and generating multilayered semantic systems through authorial interpretation.
Резюме (RU)
Мифологическое мышление как одна из древнейших форм мировосприятия сыграло значительную роль в возникновении и развитии литературы. В современной гуманитарной науке переосмысление взаимосвязи мифа и литературы усилило актуальность теоретических исследований в данной области. Основной целью данного исследования является выявление функциональной, семантической и эстетической трансформации мифологического мышления в художественном тексте, а также системный анализ его роли в современном литературном дискурсе. В работе применяются сравнительно-типологический анализ, структурно-семантический анализ и интертекстуальный подход. Установлено, что миф в литературе выступает не только источником сюжета, мотивов и образов, но и архетипической моделью и механизмом смыслообразования, формирующим глубинную структуру текста. Если в классической литературе миф преимущественно выполняет сакральную и символическую функцию, то в постмодернистской литературе он приобретает деконструктивный и иронический характер. Тем не менее, на обоих этапах миф служит средством сохранения и переосмысления культурной памяти. Кроме того, переработка мифологических структур выявляет условный характер категорий времени и пространства в художественном тексте, способствуя формированию индивидуальной поэтики автора и установлению нового семантического взаимодействия с читателем. В результате мифологическое мышление трансформируется в литературном дискурсе, приобретая новые эстетические качества и формируя многослойную систему смыслов посредством авторской интерпретации.
İstinadlar
- Abdulla Kamal. (2009). Mifdən Yazıya və yaxud “Gizli Dədə Qorqud-3”. Bakı, Mütərcim, 336 səh.
- Acaloğlu Arif. (2024). Türk xalqları mifologiyasının kökənləri. Məqalələr, tezislər və monoqrafiya. Bakı, “Elm və təhsil”, 436 səh.
- Armstronq Karen. (2017). Mifin qısa tarixi. Bakı, TEAS Press Nəşriyyat evi, 116s.
- Bəkirqızı (İsayeva) Pərvanə. (2016). Mifopoetika və filoloji fikirdə mif konsepsiyası. Bakı, “Elm və təhsil”, 128 səh.
- Eliade Mircea. (2001). Mitlerin özellikleri. Om Yayınevi, İstanbul, 251 səh.
- Əliyev Ramil. (2014). Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları. Bakı: Elm, 332s.
- Kazımoğlu-İmanov Muxtar. (2022, noyabr). Hüseyn Cavid və Mifoloji düşüncə məsələsində səciyyəvi məqamlar. Hüseyn Cavid və mifoloji düşüncə. Bakı, “Elm və təhsil”, 146 səh.
- Ögəl Bahəddin. (2006). Türk mifologiyası. I cild. Bakı, “MBM”, 626 səh.
- Rzasoy Seyfəddin. (2008). Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, “Nurlan”
- Rzasoy Seyfəddin. (2023). Azərbaycan xalqının mifik kimlik dünyası. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. 2023/1 (59). Bakı, “Elm və təhsil”.