İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ

İSLAM SAFARLİ CREATİVİTY AND EUROPEAN BAROQUE POETRY
ТВОРЧЕСТВО ИСЛАМА САФАРЛИ И ЕВРОПЕЙСКАЯ ПОЭЗИЯ БАРОККО
2025-ci il No1 Cild (130) , səh. 25-31
Göndərildi: 03.02.2025 Qəbul edildi: 03.03.2025 Dərc edildi: 27.03.2025
DOI: 10.64400/ndueej.005 DİL: AZƏRBAYCAN
Müəlliflər
İman Cəfərov
Naxçıvan Dövlət Universiteti
AZERBAIJAN
Xülasə
AZƏRBAYCANCA 359 söz
Məqalədə XX əsr Azərbaycan şairi İslam Səfərlinin şeirləri tamamilə yeni meyarlarla dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, İslam Səfərlinin yaradıcılığı Azərbaycan şeirində Avropa barokko üslubundan danışmağa imkan verir. Barokko üslubu İslam Səfərlinin lirik əsərlərində poetik ifadə gözəlliyini təmin etmişdir. Şair bəzən oxucu düşüncəsinin qəbul etməkdə çətinlik çəkdiyi məfhumları poeziyaya gətirməklə Azərbaycan ədəbi dilinin məcazlar sistemində ciddi yeniliklərə imza atmışdır. İ.Səfərlinin “Xəzərim”, “Sənsən” kimi şeirləri deməyə əsas verir ki, şairin yaradıcılığında barokko üslubunun bütöv bir sistemi yer tutmaqdadır. Şair hətta klassik şeir formalarının quruluşunda müəyyən yeniləşmələr aparmış, bəzəkli sözlərlə poetik dilin emosional təsir gücünü xeyli gücləndirmişdir.
Barokko kələ-kötür mirvari deməkdir. İslam Səfərli poeziyasında da poetik sözlərin sırası kələ-kötür mirvarilərin düzümü qədər gözəldir. Şair qəfil poetik gedişlər edərək göz önündə təbiətlə özü arasında bütün sərhədləri dağıdan monumental İnsan obrazı canlandırır. Yəqinliklə, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatında “eşitmənin böyük rəssamı” İslam Səfərli olmuşdur. Şairin poeziyası barokko poeziyasına uyğunluqla qeyri-adi obrazlı köçürmələrlə zəngindir. İslam Səfərlinin yaradıcılığında yeni bir məcazi deyimin yer tutmadığı əsərə rast gəlmək mümkün deyil. Bu baxımdan şairə məxsus yeni bədii üslubdan danışmağa imkan verən “Əsrin ürəyi”, “Naxçıvan yadigarı”, “Azərbaycanım”, “Mənim adi günlərim” kimi yüzlərlə şeir Azərbaycan barokkosunun qiymətli örnəkləri olmaqla məxsusi dəyərləndirilməlidir.
ENGLISH 269 words
The poems of the 20th century Azerbaijani poet Islam Safarli are evaluated with new criteria in the article. It is noted that Islam Safarli's work allows us to talk about the European Baroque style in Azerbaijani poetry. The Baroque style provided the beauty of poetic expression in Islam Safarli's lyrical works. The poet brought concepts that the reader sometimes has difficulty accepting into poetry, making significant innovations in the metaphor system of the Azerbaijani literary language. Poems such as "My Hazar" and "You" by I. Safarli allow us to say that the poet's works have a complete system of the Baroque style. The poet even introduced some innovations in the structure of classical poetic forms, greatly increasing the emotional impact of the poetic language with ornamental words.
Baroque means jagged pearl. In Islam Saferli's poetry, the arrangement of poetic words is as beautiful as the arrangement of jagged pearls. The poet creates before his eyes a monumental image of Man who breaks all the boundaries between himself and nature by taking sudden poetic steps. Islam Saferli was probably the "great hearing artist" of Azerbaijani literature in the second half of the 20th century. The poet's poetry is rich in unusual figurative metaphors, in harmony with baroque poetry. It is impossible to find a work in Islam Saferli's works without a new figurative expression. From this point of view, hundreds of poems such as "The Heart of the Century", "The Nakhchivan Yadigarı", "Azerbaijanım", "Sıradan Günlerim", which allow us to speak of the poet's new artistic style, should be especially appreciated as valuable examples of Azerbaijani baroque poetry.
Açar sözlər
#barokko #Səfərli #inci #üslub #obrazlı #Xəzərim
CC BY 4.0

Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.

İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ

İSLAM SAFARLİ CREATİVİTY AND EUROPEAN BAROQUE POETRY
ТВОРЧЕСТВО ИСЛАМА САФАРЛИ И ЕВРОПЕЙСКАЯ ПОЭЗИЯ БАРОККО
İman Cəfərov | DOI: 10.64400/ndueej.005
XÜLASƏ
Məqalədə XX əsr Azərbaycan şairi İslam Səfərlinin şeirləri tamamilə yeni meyarlarla dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, İslam Səfərlinin yaradıcılığı Azərbaycan şeirində Avropa barokko üslubundan danışmağa imkan verir. Barokko üslubu İslam Səfərlinin lirik əsərlərində poetik ifadə gözəlliyini təmin etmişdir. Şair bəzən oxucu düşüncəsinin qəbul etməkdə çətinlik çəkdiyi məfhumları poeziyaya gətirməklə Azərbaycan ədəbi dilinin məcazlar sistemində ciddi yeniliklərə imza atmışdır. İ.Səfərlinin “Xəzərim”, “Sənsən” kimi şeirləri deməyə əsas verir ki, şairin yaradıcılığında barokko üslubunun bütöv bir sistemi yer tutmaqdadır. Şair hətta klassik şeir formalarının quruluşunda müəyyən yeniləşmələr aparmış, bəzəkli sözlərlə poetik dilin emosional təsir gücünü xeyli gücləndirmişdir.
Barokko kələ-kötür mirvari deməkdir. İslam Səfərli poeziyasında da poetik sözlərin sırası kələ-kötür mirvarilərin düzümü qədər gözəldir. Şair qəfil poetik gedişlər edərək göz önündə təbiətlə özü arasında bütün sərhədləri dağıdan monumental İnsan obrazı canlandırır. Yəqinliklə, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatında “eşitmənin böyük rəssamı” İslam Səfərli olmuşdur. Şairin poeziyası barokko poeziyasına uyğunluqla qeyri-adi obrazlı köçürmələrlə zəngindir. İslam Səfərlinin yaradıcılığında yeni bir məcazi deyimin yer tutmadığı əsərə rast gəlmək mümkün deyil. Bu baxımdan şairə məxsus yeni bədii üslubdan danışmağa imkan verən “Əsrin ürəyi”, “Naxçıvan yadigarı”, “Azərbaycanım”, “Mənim adi günlərim” kimi yüzlərlə şeir Azərbaycan barokkosunun qiymətli örnəkləri olmaqla məxsusi dəyərləndirilməlidir.
ABSTRACT
The poems of the 20th century Azerbaijani poet Islam Safarli are evaluated with new criteria in the article. It is noted that Islam Safarli's work allows us to talk about the European Baroque style in Azerbaijani poetry. The Baroque style provided the beauty of poetic expression in Islam Safarli's lyrical works. The poet brought concepts that the reader sometimes has difficulty accepting into poetry, making significant innovations in the metaphor system of the Azerbaijani literary language. Poems such as "My Hazar" and "You" by I. Safarli allow us to say that the poet's works have a complete system of the Baroque style. The poet even introduced some innovations in the structure of classical poetic forms, greatly increasing the emotional impact of the poetic language with ornamental words.
Baroque means jagged pearl. In Islam Saferli's poetry, the arrangement of poetic words is as beautiful as the arrangement of jagged pearls. The poet creates before his eyes a monumental image of Man who breaks all the boundaries between himself and nature by taking sudden poetic steps. Islam Saferli was probably the "great hearing artist" of Azerbaijani literature in the second half of the 20th century. The poet's poetry is rich in unusual figurative metaphors, in harmony with baroque poetry. It is impossible to find a work in Islam Saferli's works without a new figurative expression. From this point of view, hundreds of poems such as "The Heart of the Century", "The Nakhchivan Yadigarı", "Azerbaijanım", "Sıradan Günlerim", which allow us to speak of the poet's new artistic style, should be especially appreciated as valuable examples of Azerbaijani baroque poetry.
AÇAR SÖZLƏR
barokko Səfərli inci üslub obrazlı Xəzərim
Ədəbiyyat Siyahısı (9)
  1. Azərbaycan Ensiklopediyası: [10 cilddə] / Baş redaktor C.B.Quliyev. ‒ Bakı: cild 2. ‒ 1978. ‒594 s.
  2. Bayramov, Q. Səməd Vurğunun “qarabalasının” poeportreti... // ‒ Bakı: Ktedo, ‒ 22 fevral 2023. ‒ s. 8
  3. Həsənova S. İslam Səfərli yaradıcılığında dil və üslub xüsusiyyətləri // ‒ Bakı: Azərbaycan dili və ədəbiyyat tədrisi, ‒2023. № 4 (278), ‒ s. 28‒35
  4. İshaqlı A.Y. XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı / A.Y.İshaqlı, Bakı: 2012 s. 26 // k.ü.s. 2012
  5. Qocayev, M. Barokko ədəbiyyatında insan konsepsiyası və Məsihinin “Vərqa və Gülşa” poeması haqqında // ‒ Bakı: Kaspi, ‒ 19 sentyabr 2015. ‒ s. 18
  6. Səfərli, İ. Seçilmiş əsərləri / İ.Səfərli, ‒ Bakı: Lider nəşriyyat, ‒ 2005. ‒ s. 41// k.ü.s. 224 s
  7. Səfərli, İ. Seçilmiş əsərləri / İ.Səfərli, ‒ Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, ‒ 1973. ‒ s. 41// k.ü.s. 272 s
  8. https://www.thoughtco.com/baroque-prose-style-1689021
  9. https://www.classicspanishbooks.com/16th-cent-baroque-literature.html
Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Cəfərov, İ. (2025). İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 130(1), 25-31. https://doi.org/10.64400/ndueej.005
VANCOUVER
Cəfərov İ. İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;130(1):25-31. https://doi.org/10.64400/ndueej.005
CHICAGO MANUAL OF STYLE
Cəfərov, İman. "İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 130, no. 1 (2025): 25-31. https://doi.org/10.64400/ndueej.005