NİTQ İNKİŞAFININ LİNQVİSTİK ƏSASLARI
DOI: Təyin edilməyib
DİL:
AZƏRBAYCAN
Xülasə
AZƏRBAYCANCA
409 söz
İbtidai siniflərdə tədris edilən əsas fənlərdən biri də məhz Azərbaycan dili fənnidir. Azərbaycan dili fənninin qarşısında çox böyük və çoxcəhətli vəzifələr dayanır. Bu fənnin əsas məqsədi ümumi nitq və dil bacarıqlarını formalşdırmaq və bununla da şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdir. Azərbaycan dili dərslərində şagirdlərin nitqinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb etməli, bu istiqamətdə müəyyən tədbirlər tətbiq edilməlidir. Bilirik ki,dil daim təkmilləşən və inkişaf edən bir hadisədir. Dilinin tədrisində şagirdlər dilə yiyələnir və nitq prosesində bundan istifadə edirlər. Düzgün nitqə yiyələnmənin yolu dilə necə yiyələnməkdən asılıdır. Ona görə də Azərbaycan dilində əsas məqsəd şagirdlərin düzgün, rabitəli nitqə yiyələnmələrini təmin etməkdir. Bu gün şagird zəngin lüğət ehtiyatına malik deyilsə, qrammatik və semantik cəhətdən sözlərin təbiətinə bələd deyilsə, sözləri cümlədə yeri yerində işlədə bilmirsə fikrin düzgün ifadəsinə də malik olmayacaqdır. Qeyd edək ki, şagirdlərin nitqinin inkişaf etdirilməsi kor təbii proses olmayıb lüğət üzrə işin düzgün təşkilindən asılıdır. Dilin əsas leksik vahidi məhz sözdür. Bu baxımdan da, sözün leksik, qrammatik, fonetik xüsusiyyətlərini, semantik valentliyini, cümlə daxilində leksik-qrammatik münasibətini bilməli və cümlə axilində düzgün istifadəsinə nail olunmalıdır. Bəzən şagird nitqində diqqət çəkən məqamlardan biri onların cümlədə söz sırasını pozması hallarıdır. Cümlədə sözlərin sırasını dilimizə müvafiq şəkildə gözləyə bilməsi şagird üçün çox əhəmiyyətlidir, əks halda o, fikrini müsahibinə düzgün çatdıra bilməz. Bu araşdırmamızda şagird nitqinin inkişafı diqqətdə saxlanılmış, mühüm fikirlər təqdim edilmişdir.
Açar sözlər
#Azərbaycan dili
#nitq inkişafı
#lüğət üzrə iş
#cümlənin təhlili
#şifahi və yazılı nitq
Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.
NİTQ İNKİŞAFININ LİNQVİSTİK ƏSASLARI
XÜLASƏ
İbtidai siniflərdə tədris edilən əsas fənlərdən biri də məhz Azərbaycan dili fənnidir. Azərbaycan dili fənninin qarşısında çox böyük və çoxcəhətli vəzifələr dayanır. Bu fənnin əsas məqsədi ümumi nitq və dil bacarıqlarını formalşdırmaq və bununla da şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdir. Azərbaycan dili dərslərində şagirdlərin nitqinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb etməli, bu istiqamətdə müəyyən tədbirlər tətbiq edilməlidir. Bilirik ki,dil daim təkmilləşən və inkişaf edən bir hadisədir. Dilinin tədrisində şagirdlər dilə yiyələnir və nitq prosesində bundan istifadə edirlər. Düzgün nitqə yiyələnmənin yolu dilə necə yiyələnməkdən asılıdır. Ona görə də Azərbaycan dilində əsas məqsəd şagirdlərin düzgün, rabitəli nitqə yiyələnmələrini təmin etməkdir. Bu gün şagird zəngin lüğət ehtiyatına malik deyilsə, qrammatik və semantik cəhətdən sözlərin təbiətinə bələd deyilsə, sözləri cümlədə yeri yerində işlədə bilmirsə fikrin düzgün ifadəsinə də malik olmayacaqdır. Qeyd edək ki, şagirdlərin nitqinin inkişaf etdirilməsi kor təbii proses olmayıb lüğət üzrə işin düzgün təşkilindən asılıdır. Dilin əsas leksik vahidi məhz sözdür. Bu baxımdan da, sözün leksik, qrammatik, fonetik xüsusiyyətlərini, semantik valentliyini, cümlə daxilində leksik-qrammatik münasibətini bilməli və cümlə axilində düzgün istifadəsinə nail olunmalıdır. Bəzən şagird nitqində diqqət çəkən məqamlardan biri onların cümlədə söz sırasını pozması hallarıdır. Cümlədə sözlərin sırasını dilimizə müvafiq şəkildə gözləyə bilməsi şagird üçün çox əhəmiyyətlidir, əks halda o, fikrini müsahibinə düzgün çatdıra bilməz. Bu araşdırmamızda şagird nitqinin inkişafı diqqətdə saxlanılmış, mühüm fikirlər təqdim edilmişdir.
AÇAR SÖZLƏR
Azərbaycan dili
nitq inkişafı
lüğət üzrə iş
cümlənin təhlili
şifahi və yazılı nitq
Ədəbiyyat Siyahısı (7)
- Abdullayev N.Ə.(2013). Nitq mədəniyyətinin əsaslar/N.Ə Abdullayev.- Bakı:Elm və təhsil,- s.8
- Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fənn kurikulumları(I-IV siniflər)/-Bakı: Mütərcim,- 2008.- s.
- Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təşmilləşdirilməsi haqında" 18 iyun 2001-ci il tarixli fərmanı// -Bakı: Azərbaycan müəllimi,- 1-7 iyul 2001.
- Cəfərova N. B.(2018). Nitq inkişafı üzrə işin metodikası. Dərslik. bakı: ADPU,- 234 s.
- Kərimov Y. (2003). Ana dilinin tədrisi metodikası. Bakı: Nasir,- 539 s.
- Kərimov Y. (2013).İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Səda,- 552 s.
- Xəlilov V.(2007). İbtidai siniflərdə inkişafetdirici texnologiyalardan istifadənin başlıca prinsipləri. Bakı: Mütərcim,- 103 s.
Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Şirəliyeva, G. (2025). NİTQ İNKİŞAFININ LİNQVİSTİK ƏSASLARI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 13(3), 27-33.
VANCOUVER
Şirəliyeva G. NİTQ İNKİŞAFININ LİNQVİSTİK ƏSASLARI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;13(3):27-33.
CHICAGO MANUAL OF STYLE
Şirəliyeva, Günay. "NİTQ İNKİŞAFININ LİNQVİSTİK ƏSASLARI." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 13, no. 3 (2025): 27-33.