NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BABƏK RAYONUNUN ORTA DAĞLIQ ZONALARINDAKI SUVARILAN TORPAQLARIN MELİORATİV QİYMƏTLƏNDİRİMƏSİ
DOI: Təyin edilməyib
DİL:
AZƏRBAYCAN DILI
Xülasə
AZƏRBAYCANCA
371 söz
Naxçıvan Muxtar Respublikasının, eləcə də Babək rayonunun torpaqları əsasən karbonatlı yuylmuş boz torpaqlardır ki, tərkibləri də azotdan kasıbdır. Naxçıvan MR-də münbit əkin və düzən torpaqların azlığı səbəbindən istifadəsiz və əlverişsiz torpaqların kənd təsərrüffatı üçün istifadə edilməsi problemi aktualdır. Torpaq bitkinin həyatı üçün çox vacib amildir ki, böyümə və inkişafın getdiyi məkan olaraq, bitkini dəstəkləyən, müxtəlif yeraltı horizontlardan ona su və qida maddələri daşıyan bir mühitdir. Şoranlığı yüksək olan torpaqlarda isə bitkinin bu torpaq şəraitində sonrakı böyüməsi və inkişafı üçün çox zəruri olan cavan köklər çox zəif formalaşır: yarpaq böyüməsi zəifləyir, çilik nazik və qeyri-standart olur. 4-5 yaşlı bitkilər böyümə baxımından 2-3 yaşlı bitkilərə bənzəyir. Bu torpaqlarda bağlar və cərgəli əkilən bitkilər seyrək olur və az məhsul verir. Məqalədə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun orta-dağlıq zonadakı torpaqlarının meliorativ qiymətləndirilməsi və yaxşılaşdırılması üzrə müxtəlif metod və kompleks tədbirlərdən bəhs olunur ki, bu da bir sıra aqrotexniki məsələləri əhatə edir: vegetasiya və çöl tədqiqatlarının orta nəticələrinə əsasən gübrələmə; təcrübələr, eləcə də digər tədqiqatlar; torpaq analizi məlumatlarına əsasən gübrələmə; yarpaqlardakı qida maddələrinin tərkibinə əsaslanan gübrələmə. Burada əsas məsələ torpaq analizinin nəticələrindən istifadə edərək, gübrə dozalarını əvvəlcədən planlaşdıra bilməkdir. Eyni zamanda torpaqlardakı mikroelementlərin miqdarının ekoloji təmiz Naxçıvan Seoliti ilə artırılmasının məqsədəuyğunluğu barədə ətraflı məlumat və tövsiyələr verilir.
Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BABƏK RAYONUNUN ORTA DAĞLIQ ZONALARINDAKI SUVARILAN TORPAQLARIN MELİORATİV QİYMƏTLƏNDİRİMƏSİ
XÜLASƏ
Naxçıvan Muxtar Respublikasının, eləcə də Babək rayonunun torpaqları əsasən karbonatlı yuylmuş boz torpaqlardır ki, tərkibləri də azotdan kasıbdır. Naxçıvan MR-də münbit əkin və düzən torpaqların azlığı səbəbindən istifadəsiz və əlverişsiz torpaqların kənd təsərrüffatı üçün istifadə edilməsi problemi aktualdır. Torpaq bitkinin həyatı üçün çox vacib amildir ki, böyümə və inkişafın getdiyi məkan olaraq, bitkini dəstəkləyən, müxtəlif yeraltı horizontlardan ona su və qida maddələri daşıyan bir mühitdir. Şoranlığı yüksək olan torpaqlarda isə bitkinin bu torpaq şəraitində sonrakı böyüməsi və inkişafı üçün çox zəruri olan cavan köklər çox zəif formalaşır: yarpaq böyüməsi zəifləyir, çilik nazik və qeyri-standart olur. 4-5 yaşlı bitkilər böyümə baxımından 2-3 yaşlı bitkilərə bənzəyir. Bu torpaqlarda bağlar və cərgəli əkilən bitkilər seyrək olur və az məhsul verir. Məqalədə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun orta-dağlıq zonadakı torpaqlarının meliorativ qiymətləndirilməsi və yaxşılaşdırılması üzrə müxtəlif metod və kompleks tədbirlərdən bəhs olunur ki, bu da bir sıra aqrotexniki məsələləri əhatə edir: vegetasiya və çöl tədqiqatlarının orta nəticələrinə əsasən gübrələmə; təcrübələr, eləcə də digər tədqiqatlar; torpaq analizi məlumatlarına əsasən gübrələmə; yarpaqlardakı qida maddələrinin tərkibinə əsaslanan gübrələmə. Burada əsas məsələ torpaq analizinin nəticələrindən istifadə edərək, gübrə dozalarını əvvəlcədən planlaşdıra bilməkdir. Eyni zamanda torpaqlardakı mikroelementlərin miqdarının ekoloji təmiz Naxçıvan Seoliti ilə artırılmasının məqsədəuyğunluğu barədə ətraflı məlumat və tövsiyələr verilir.
Ədəbiyyat Siyahısı (0)
Bu məqalə üçün ədəbiyyat siyahısı daxil edilməyib.
Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Nəcəfov, C., Məhərrəmova, X. (2025). NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BABƏK RAYONUNUN ORTA DAĞLIQ ZONALARINDAKI SUVARILAN TORPAQLARIN MELİORATİV QİYMƏTLƏNDİRİMƏSİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 12(2), 206-212.
VANCOUVER
Nəcəfov C, Məhərrəmova X. NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BABƏK RAYONUNUN ORTA DAĞLIQ ZONALARINDAKI SUVARILAN TORPAQLARIN MELİORATİV QİYMƏTLƏNDİRİMƏSİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;12(2):206-212.
CHICAGO MANUAL OF STYLE
Nəcəfov, Cabbar, Xanım Məhərrəmova. "NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BABƏK RAYONUNUN ORTA DAĞLIQ ZONALARINDAKI SUVARILAN TORPAQLARIN MELİORATİV QİYMƏTLƏNDİRİMƏSİ." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 12, no. 2 (2025): 206-212.